Yuxarı

Şahbaz Quliyev ailəsinə məktub göndərdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

1 il 11 aydır Ermənistan tərəfindən girov saxlanılan Şahbaz Quliyevin yaxınları 4 aylıq fasilədən sonra ondan növbəti məktubu alıblar.

ANS-in Qarabağ bürosunun məlumatına görə, Tərtərin Qaradağlı kəndində yaşayan İradə Quliyevaya qardaşından gələn məktubu ötən gün Beynəlxalq Qızıl Xaç Komitəsini (BQXK) Bərdə ofisinin nümayəndləri təqdim edib. Bir neçə cümləlik məktubda yaxınlarına salam göndərən Şahbaz vəziyyətinin yaxşı olduğunu yazıb.

İradə Quliyeva isə düşünür ki, Şahbaz ailəsini narahat etməmək üçün səhətinin həmişə normal olduğunu deyir. Ən son ailəyə yanvar ayında BQXK tərəfindən girovların şəkili gətirilib. Şahbazın anası isə ümumiyyətlə bu günə kimi oğlunun girov düşdüyündən xəbərsizdir.

"Daima Rusyada olubdur, KAMAZ-la gedirdi. Orda işləyirdi, indi deyirik ki, ordadır, işləməyə gedib. Göstərmirik, televizoru da qoymuruq işlətsin",- deyə Şahbaz Quliyevin bacısı İradə Quliyeva anası barədə danışır.

BQXK-nin Bərdə ofisindən bildirdilər ki, təqribən ayda bir dəfə və ya 6 həftədən bir girovlarla görüş olur. Şahbaz Quliyev və Dilqəm Əsgərovun səhətləri və saxlanma şəraiti komitənin nəzarəti altındadır.

Tarix
2016.05.28 / 20:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qərb Tiflisə hücuma keçib: Səbəb nədir?

Bayramov Fidanla nələri müzakirə etdi?

İrəvan və Bakı arasında sülhə kömək etmək... – Abayev

XİN-dən NATO açıqlaması: Bu əlamətdar hadisə...

Azərbaycanla sərhəd kənddən İrəvana yürüş başladı - Video

NATO rəsmisindən Azərbaycanla bağlı açıqlama

Asiya İnkişaf Bankı İlham Əliyevə müraciət etdi

Fuad Oqtay konqresmenlərlə Azərbaycanı müzakirə etdi

Azərbaycan Ordusu Tavuşa atəş açıb? - Ermənistan MN

Litvadan İrəvana: Bakı üçün "Kalininqrad modeli"...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla