Yuxarı

Faktiki hava: Bu rayonlara qar yağır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

11:34

Martın 23-ü saat 10:00-a olan məlumatına əsasən, ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edib.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Düşən yağıntının miqdarı Lənkəran və Astarada 15, Cəlilabadda 8, Zaqatala və Balakəndə 6, Sabirabad, Tovuz, Tərtər, Ağstafa, Lerik, Zərdab, Xocalı, Qax, Şəki, Qəbələ, Biləsuvar, Füzuli, Ceyrançöl, Şəmkir, Naftalan, Gəncə, Yardımlı, Altıağac, Quba, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Neftçala, İsmayıllı, Biləsuvar, Yardımlı, Ağdam, Oğuz, Qobustan, Culfa, Ordubad, Sədərək, Bərdə, Goranboy və Şahbuzda 5, Bakıda və Abşeron yarımadasında 2 mm-dir.

Kəlbəcər, Laçın, Şuşa, Daşkəsən, Gədəbəy, Göygöl, Xaltan və Qusarda (Laza) isə qar yağıb. Bəzi yerlərdə şimal-qərb küləyi əsib, küləyin sürəti arabir Şahdağda 20 m/s, Goranboyda 19 m/s, Naftalanda 18 m/s, Bakıda və Abşeron yarımadasında 17 m/s-dək güclənib.

Daşkəsən, Göygöl, Xaltan, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Göyçay, Lerik, Qax, Şəki, Balakən, Zaqatalada duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 2 dərəcəyədək isti, dağlıq rayonlarda 9 dərəcəyədək şaxta qeydə alınıb.

***

Martın 23-ü saat 17:00-a olan məlumatına əsasən ölkə ərazisinin əksər bölgələrində fasilələrlə yağıntılı və küləkli hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Belə ki, Bakıda və Abşeron yarımadasında, eləcə də Qobustan, Yevlax, Lerik və Yardımlıda yağış yağır.

Şahdağ, Quba, Qusar, Xaltan, Xınalıq, Şəki və Şahbuzda isə arabir qar yağması müşahidə olunur. Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin sürəti arabir Qəbələdə 30 m/s, Göyçayda 16 m/s-dək güclənib.

Tarix
2025.03.23 / 17:36
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident Daniel Noboa Azini təbrik etdi

İlham Əliyev Roma Papası XIV Leonu təbrik etdi

Azərbaycan faktları təqdim etdi, araşdırdıq ki… - Qriqoryan

Niyə yeni Papa amerikalı seçildi? - Çin faktoru…

Ermənistan və Azərbaycan arasında müharibə... - Paşinyan

Pakistanın İsrailə zərbəsi o qədər güclü olacaq ki... – Arkov

Prezident faşizmlə mübarizədə həlak olanların xatirəsini andı

Prezident və xanımı Fəxri xiyabanda...

Anqola lideri İlham Əliyevə zəng etdi

Pərviz İbadullayevə SOCAR-da yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla