Yuxarı

Hərbi Prokurorluq işçiləri bayramla bağlı hərbi hissələrdə oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mərkəzi Aparatının və ərazi hərbi prokurorluqlarının rəhbər vəzifəli şəxsləri, yüksəkrütbəli zabitlər hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri ilə birgə Vətənin müxtəlif bölgələrində, o cümlədən işğaldan azad edilmiş tarixi torpaqlarımızda yerləşən hərbi hissə və bölmələrdə hərbi qulluqçularla görüşüblər.

Hərbi Prokurorluqdan Axar.az-a bildirilib ki, görüş iştirakçıları xalqı və dövləti qarşısında müstəsna xidmətləri olan Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsini birdəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər. Ardınca Dövlət Himni səsləndirilib.

Bundan sonra, Baş prokuror Kamran Əliyevin və Hərbi prokuror Xanlar Vəliyevin təbrikləri, eləcə də tövsiyələri şəxsi heyətə çatdırılıb.

Ardınca Ulu Öndər Heydər Əliyevin mükəmməl siyasətini dövrün tələblərinə uyğun davam etdirən Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin bütün istiqamətlər üzrə qazandığı uğurlardan, işğaldan azad olunmuş ərazilərimiz də daxil olmaqla regionlarımızın hərtərəfli inkişafından, Azərbaycanın əzəmətinin daha da artaraq dünya ölkələri sırasında böyük nüfuz və söz sahibinə çevrilməsindən, Silahlı Qüvvələrimizin qüdrətindən bəhs olunaraq, qazanılan uğurlarda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın zəngin fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyi qeyd edilib. Eyni zamanda, Vətən müharibəsində əldə olunan möhtəşəm qələbə və lokal xarakterli antiterror tədbirləri, o cümlədən xalqın müdrikliyi və hərbçilərin şücaəti xüsusi vurğulanmaqla qürur dolu günlərin unudulmaz təəssüratları xatırlanıb.

Ardınca "Konstitusiya və Suverenlik ili" çərçivəsində hüquqi maarifləndirici mövzularda çıxışlar edilib, hərbi qulluqçuların sualları cavablandırılıb, onların qayğı və problemləri dinlənilib.

Sonda hərbi hissələrə müxtəlif bayram sovqatları, üzərinə düşən vəzifələri nümunəvi icra etməklə xidmətdə fərqlənənlərə isə qiymətli hədiyyələr təqdim olunub.

Tarix
2025.03.24 / 18:07
Müəllif
Axar.az
Digər xəbərlər

İfaları ilə Prezidenti kövrəldən uşaqlar danışdılar - Video

Türkiyənin Milli Təhlükəsizlik Şurasının baş katibi Bakıda

Bakıda növbəti iqlim tədbiri keçiriləcək

Rus deputat: Nikol Moskvaya gəlir, kanalı isə saxtakarlıq edir!

Livanın erməni katilokosu rus səfirlə Bakını müzakirə edir…

44+1 formulu: Azərbaycan son 80 ilin yeganə qalib ölkəsidir

Faciənin şahidi: Onlar əhalini görən kimi öldürürdülər

PKK silahı yerə qoydu: İlham Əliyev Ərdoğanı təbrik etdi

Bakıdan PKK-nın ləğvi qərarına reaksiya

DGK-nın vəzifəli şəxslərinin düşdüyü qəzanın – Təfərrüatı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla