Yuxarı

Tiktoker Ləmanın cəzası bəlli oldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səbail Rayon Məhkəməsində tiktoker, 1992-ci il təvəllüdlü Ləman Vəliyevanın barəsində olan xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə başa çatıb.

Axar.az Teleqraf-a istinadən xəbər verir ki, onun barəsində məhkəməyə keçmiş baldızı Turə Nuriyeva müraciət edib və onu onminlərlə izləyici qarşısında təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cəzalandırılmasını istəyib.

Şikayətçi bildirib ki, Ləman onun qardaşının həyat yoldaşı olub: “Onların 2018-ci ildə toyları olub, lakin həmin dövrdə Ləmanın şəxsiyyət vəsiqəsi olmadığından rəsmi nikaha daxil olmayıblar. Daha sonra 2018-ci ilin dekabr ayında Ləman Vəliyeva ayrıldığını bildirərək, evdən gedib. O, azad və rahat həyat yaşamaq istədiyini bildirdi. Məşhurlaşmaq və pul qazanmaq üçün məni və ailəmi Tiktok sosial şəbəkə platformasında nümayiş etdirərək, qızımı, anamı və qardaşımı da heç bir səbəb olmadan ağır təhqirlərə məruz qoyaraq şərəf və ləyaqətimizi alçatdı”.

Turə Nuriyeva bildirib ki, Ləman Vəliyeva tərəfindən uzun illər davam edən təhqirlər və barəsində yayılmış həqiqətə uyğun olmayan məlumatlar nəticəsində ətrafında heç kim qalmayıb və bu ona ağır iztirablar yaşadıb:

“Bunun nəticəsi olaraq tək çıxış yolunu özümə qəsd etməkdə görmüşəm. Beləliklə, 2024-cü ilin sentyabr ayının 16-da hər şeydən ümidimi kəsərək, özümü öldürmək üçün boynuma ip salaraq asdım, amma son anda qızımın səsə gələrək, məni qurtarması ilə yenidən həyata döndüm. Həmin hadisədən sonra iki-üç gün Sabunçu Rayon Mərkəzi Xəstəxanasında reanimasiyada nəzarət altında qaldıqdan sonra qızıma verdiyim sözə görə hüquqi müstəvidə mübarizəmə davam etdim. Hazırda həmin fakt üzrə də Sabunçu Rayon Prokurorluğunda araşdırma davam edir”.

Turə Nuriyeva məhkəməyə təqdim etdiyi 13 video ilə Ləman Vəliyevanın onu təhqir etdiyini və həmin təhqirləri onminlərlə izləyicinin qarşısında etdiyini sübuta yetirib. O, Ləman Vəliyevanın bu cinayəti törətməsi səbəbilə qanunla nəzərdə tutulmuş cəzanın təyin edilməsini xahiş edib.

Məhkəmədə çıxış edən Ləman Vəliyeva özünü qismən təqsirli bilib və ifadəsində bildirib ki, Turə Nuriyeva barəsində sosial şəbəkələrdə qeyri-etik və nalayiq ifadələr işlədib. O, istifadə etdiyi ifadələri danmadığını qeyd edib.

Ləman Vəliyeva himayəsində təkbaşına böyütdüyü azyaşlı övladına görə barəsində yüngül cəza növünün seçilməsini xahiş edib.

Bu şikayətə Səbail Rayon Məhkəməsində hakim Günel Səmədovanın sədrliyi ilə baxılıb. Məhkəmənin hökmü ilə Ləman Vəliyeva Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib.

Ləman Vəliyevanın üzərinə ictimai işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifələri qoyulub.

Tarix
2025.03.24 / 22:05
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan Bakının daha bir tələbini qəbul etdi

Bakı və Tehran konsulluq məsləhətləşmələri keçirdi

Prezident 4 sədr müavininə yeni vəzifə verdi

Prezidentdən bu başçı ilə bağlı qərar - Siyahıdan çıxartdı

Əliyevin Kavelaşvili ilə görüşündən video yayıldı

Əliyevin Çinə səfəri: Viza rejimi ləğv edilə bilər...

Gürcüstan prezidentinin Bakı səfəri başa çatdı

Çinlə Azərbaycan arasında protokol imzalandı

Bakı ilə Tehran arasında bu sazişin imzalanması təsdiqləndi

Kavelaşvili Sahibə Qafarova ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla