Yuxarı

İki yol-nəqliyyat hadisəsinin üstü açıldı - Prokurorluq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın polis və prokurorluq orqanlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində Xəzər rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş və ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsinin üstü açılıb.

Bakı Şəhər Baş Polis İdarəsinin və şəhər prokurorluğunun Axar.az-a daxil olan birgə məlumatında bildirilib ki, mayın 25-də saat 02 radələrində Xəzər rayonu ərazisində Buzona-Maştağa magistral şossesinin kənarında təxminən 30-35 yaşlarında, üzərində xəsarətlər olan naməlum kişi meyiti aşkar olunub.

Hadisə yerinə və meyitə baxış zamanı xəsarətlərin mənşə mexanizminə və hadisə yerinin ümumi şəraitinə görə naməlum kişinin yol-nəqliyyat hadisəsi zamanı ölməsi ehtimalı yaranıb. Faktla bağlı həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində meyitin Xəzər rayon sakini, 1977-ci il təvəllüdlü Əzimov Ruslan Ramiz oğlunun olması, həmçinin hadisəni Sabunçu rayon sakini, 1989-cu il təvəllüdlü Tağıyev Pərvin Əşrəf oğlunun idarə etdiyi "Mersedes M" markalı, 10-OC-440 dövlət qeydiyyat nişanlı avtomaşınla törətdiyi müəyyənləşib.

P.Tağıyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb olunaraq Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan ittiham elan edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bundan başqa, mayın 27-də saat 20:30 radələrində Buzovna-Maştağa yolunun Albalılıq yaşayış sahəsindən keçən hissəsində naməlum sürücü idarə etdiyi avtomaşınla piyada - Xəzər rayon sakini, 1951-ci il təvəllüdlü Xəlilov Rasim Sayad oğlunu vuraraq hadisə yerindən qaçması və sonuncunun aldığı xəsarətlərdən hadisə yerində ölməsi faktına görə həmin tarixdə Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci və 264-cü maddələri ilə cinayət işi başlanıb.

Keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin Sabunçu rayon sakini, 1966-cı il təvəllüdlü Əliyev Mirzə-Ağa Yaşar oğlu tərəfindən törədilməsində əsaslı şübhələr yarandığından o, tutularaq istintaqa cəlb olunub. M.Əliyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Ona Cinayət Məcəlləsinin qeyd edilən maddələrində nəzərdə tutulan ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda hər iki cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Tarix
2016.05.31 / 19:01
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Təbrizin qızıl bazarında satıcılar tətilə başladı - Foto

Bakıda 12 nəfərin ölümü ilə nəticələnən terakt - Foto

Paşinyan: Orda sərhədçi dursa, 8-ci gün…

Ermənistan arxivindən şok sənəd: Başkənd kimin ərazisidir? - Foto

Azərbaycan bu ölkəyə əlavə enerji resursları göndərə bilər

Türkiyə NATO qərarını verdi: Onu dəstəkləyəcək!

Astananın Bayramov-Mirzoyan görüşü haqda bəyanatı…

Azərbaycanla Çin arasında memorandum müzakirəsi

Əgər Vardanyan bu siyahıya daxil edilibsə... - Qonçarenko

Kupman Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla