Yuxarı

Ondan kirayə pulu almayan qadının evindən oğurluq etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ondan kirayə pulu almayan qadının evindən oğurluq etdi

Bakıda kirayə yaşadığı evdən oğurluq edən şəxsə hökm oxunub.

Axar.az Qaynarinfo-ya istinadla xəbər verir ki, hadisə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində, "Yerazlar məhəlləsi" kimi tanınan ərazidə yerləşən evlərdən birində baş verib.

2002-ci il təvəllüdlü Hüseyn B. həmin ərazidə kirayədə yaşadığı evə geri dönərək oğurluq törədib. Belə ki, o, gecə saat 04:00 radələrində evin mətbəx hissəsindən içəri daxil olub və ev sahibi Sənəm adlı qadının evindən 800 manat nağd pul, digər yataq otağında dolabın üzərində yerləşən 40 manat dəyərində qol saatı və həmin otaqda paltar dolabından asılmış paltonun cibindən həmin günkü məzənnəyə əsasən 1146 manat dəyərində olan 60.000 rus rublunu oğurlayıb.

Hadisə zamanı Sənəmin qızının qışqırığı ilə Hüseyn B. pəncərədən həyətə çıxaraq hadisə yerindən qaçıb.

Məhkəmədə müəyyən edilib ki, təqaüdçü olan Sənəm Hüseyn B.-nı evində kirayə saxlayıb. Onun maddi vəziyyətinin zəif olduğunu və sabit işi olmadığını nəzərə alaraq, qadın ondan kirayə haqqı almamağa qərar verib. Lakin Hüseyn B. qadının bu yaxşılığını qiymətləndirmək əvəzinə, onun evindən oğurluq edib. O, oğurluqdan bir müddət əvvəl həmin evdən çıxaraq, guya Bakıda iş tapa bilmədiyi üçün rayona qayıtdığını bildirib.

Məhkəmənin hökmü ilə Hüseyn B. 2 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib və məhkəmə zalında həbs olunub.

Tarix
2025.04.07 / 17:06
Müəllif
Axar.az
Digər xəbərlər

Nazirlik bu universiteti cərimələdi

Bu saziş regionda sülhün təməl daşıdır - Boçorişvili

Gələn il Ermənistanla sülh sazişi bağlanacaq - Əmirbəyov

Türkiyə ilə sərhədlərin açılması... - Mirzoyan

Merz İlham Əliyevi Almaniyaya dəvət etdi

Azərbaycan-NATO əməkdaşlığı müzakirə olundu

Erməni kilsəsi dağıdıcı təbliğat aparır - Şeyx

Almaniya kansleri İlham Əliyevə zəng etdi

Mehdiyevin agentura şəbəkəsinin hədəfi - Zahid Oruc

Avropa Birliyi bundan sonra Bakı və İrəvana... - Kallas

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla