Yuxarı

Bu sürücülər 60 manat cərimələnəcək – Xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu sürücülər 60 manat cərimələnəcək – Xəbərdarlıq

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən piyadaların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması və qəzaların sayının minimuma endirilməsi istiqamətində mütəmadi olaraq nəzarət-profilaktiki tədbirlər həyata keçirilir. Piyada qəzalarının baş verməsinə səbəb olan amillərdən biri də nəqliyyat vasitələrinin səkilərdə park edilməsidir.

Axar.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində qeyd olunub.

Aparılan müşahidələr deməyə əsas verir ki, dəfələrlə edilən xəbərdarlıqlara və həyata keçirilən inzibati tənbeh tədbirlərinə baxmayaraq, bəzi sürücülər yenə də nəqliyyat vasitələrini piyadaların rahat və təhlükəsiz hərəkəti üçün nəzərdə tutulan səkilərdə park edirlər:

"Nəzərə almaq lazımdır ki, belə olduğu təqdirdə piyadalar avtomobil yolunda hərəkət etmək məcburiyyətində qalırlar və bu da öz növbəsində baş verə biləcək yol-nəqliyyat hadisələrinə real zəmin yaradır".

"Mövcud qanunvericiliyin tələbinə əsasən, səkilərdə nəqliyyat vasitələrinin dayanması və durması qadağandır və qayda pozuntusu aşkar edildiyi halda sürücü barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.9-cu maddəsinə əsasən iki cərimə balı və 60 manat məbləğində cərimə tətbiq ediləcək.

Odur ki, sürücülərdən dayanma və durma qaydalarına ciddi şəkildə riayət etmələrini və yol hərəkətinin ən müdafiəsiz iştirakçıları olan piyadalara maneə yaratmamalarını xahiş edirik", - deyə müraciətdə vurğulanıb.

Tarix
2025.04.08 / 10:28
Müəllif
Axar.az
Digər xəbərlər

Əgər revanşistlər seçkilərdə qələbə qazansaydı...

Rusiya Nikoldan əl çəkmir: Görünməmiş təzyiq!

Bayramov Fidanla görüşdü

Koşta: Ermənilər Azərbaycanla sülhə səs verdi

Azərbaycanla sülh sual altına düşdü – Kreml istəyinə çatdı

Zeynəbin anası: Beş gündür qızımdan xəbərim yoxdur - Video

Paşinyan qalib gəldi, ancaq Putin buna nail oldu!

Azərbaycan bu Avropa ölkəsində səfirlik açır

Seçki nəticəsi dəyişdi - Paşinyan sevindi

Paşinyan qalib gələn kimi Azərbaycana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla