Yuxarı

Azərbaycanda televiziyalara yeni tələb qoyuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əlilliyi olan şəxslərin məlumat əldə etməsinin təmin olunması qaydası müəyyənləşir.

Axar.az xəbər verir ki, bu, bu gün Milli Məclisin iclasında müzakirəyə çıxarılan "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna təklif edilən yeni – 12-1-ci maddədə əksini tapıb.

Layihəyə əsasən, dövlət əlilliyi olan şəxslərin məlumat əldə etmək hüququna təminat verir. Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır. Dövlət büdcəsindən maliyyələşən, habelə ictimai yayımçı statusuna malik olan ümumölkə yerüstü televiziya yayımçıları praym-taym zamanı yayımladıqları informasiya xarakterli proqramlarının Azərbaycan işarət dilinin tərcüməsi ilə müşayiət olunmasını təmin edirlər. Azərbaycan işarət dilinin tərcüməsini müvafiq təhsilə və ixtisasa malik olan şəxslər həyata keçirirlər. Dövlət tərəfindən audiovizual əsərlərin subtitrləşdirilməsi təşviq edilir.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2025.04.11 / 12:25
Müəllif
Axar.az
Digər xəbərlər

İnternet Vergi İdarəsinə giriş təhlükədə ola bilər - Çağırış

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Büdcədə 2 milyarda yaxın profisit yarandı

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Polşa onu Azərbaycana səfir təyin etdi

İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov

AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

Prezident Çavuşoğluya yazdı: Bu xəbər məni kədərləndirdi

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla