Yuxarı

Əsgərimizin qətlinə görə komandirə cəza istənildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Naxçıvanda itkin düşdükdən iki gün sonra nəşi tapılan əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmə istintaqı başa çatıb.

Axar.az xəbər verir ki, Naxçıvan Hərbi Məhkəməsində keçirilən prosesdə prokuror çıxış edərək təqsirləndirilən, C.Hüseynovun xidmət etdiyi hərbi hissənin komandiri, polkovnik Samir Həziyevin 5 il, hərbi hissənin tibb xidməti rəisi işləmiş, tibb xidməti kapitanı Aydın Quliyevin isə 4 il azadlıqdan məhrum edilməsini istəyib.

Dövlət ittihamçısı həmçinin A.Quliyevin məhkəmə zalında həbs olunmasını təklif edib.

Məhkəmə prosesi aprelin 17-də davam edəcək.

Qeyd edək ki, Ceyhun Hüseynov 2023-cü il iyunun 9-da naməlum şəraitdə itkin düşüb, iki gün sonra qətlə yetirilmiş halda tapılıb.

Naxçıvan Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Tarix
2025.04.11 / 13:45
Müəllif
Axar.az
Digər xəbərlər

Sahibə Qafarova MDB PA-da çıxış etdi

Büdcədə 2 milyarda yaxın profisit yarandı

Azərbaycana PUA ilə narkotik keçirtmək istədilər - Foto

Müdafiə və milli təhlükəsizlik xərcləri kəskin artırıldı

Polşa onu Azərbaycana səfir təyin etdi

İrəvanın ümidi Ərdoğanın getməsidir - Solonnikov

AB-nin Ankara və Bakıya “türk zərbəsi”: Cavabı olacaq!

Prezident Çavuşoğluya yazdı: Bu xəbər məni kədərləndirdi

Britaniya səfiri Zəngəzurda: dəhliz planında yeni səhifə açılır?

Pezeşkian 4 vali, deputatlar, 110 iş adamı ilə Bakıya gəlir - Tarix

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla