Yuxarı

Xarab olan maşını yolun ortasında saxlamaq... - DİN

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xarab olan maşını yolun ortasında saxlamaq... - DİN

Bakıda nəqliyyat sıxlığının əsas səbəblərindən biri sürücülərin yol-nəqliyyat hadisəsi və ya nasazlıq zamanı avtomobillərini vaxtında yolun hərəkət hissəsindən kənarlaşdırmamasıdır. Bəzi sürücülər qəza baş verdikdən sonra nəqliyyat vasitəsini yolun ortasında saxlayaraq, hadisə yerinə sığorta şirkətinin və yol polisi əməkdaşlarının gəlməsini, nasazlıq zamanı isə evakuatorun yaxınlaşmasını gözləyirlər. Bu isə mövcud qanunvericiliyin tələblərinə ziddir və xüsusilə sıx hərəkətli ərazilərdə ciddi tıxaclara yol açır. Sürücü anlamalıdır ki, maşını yolun ortasında saxlamaqla polisin və ya evakuatorun hadisə yerinə yaxınlaşması imkanlarını da çətinləşdirir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.

“Əgər yol-nəqliyyat hadisəsi insan ölümü və ya ağır xəsarətlə nəticələnməyibsə, sürücülər avtomobillərini dərhal yolun hərəkət hissəsindən kənarlaşdırmalı, hadisənin izlərini (şəkillərini) qeydə alaraq yol hərəkətini bərpa etməlidirlər. Əks halda bu, inzibati məsuliyyət yaradır”, – o qeyd edib.

Toğrul Nəsirli sürücülərə müraciət edərək, nasaz avtomobillərlə yollara çıxmamağı, avtomobil yolda xarab olduqda isə onu yolun hərəkət hissəsindən kənarlaşdırmağı tövsiyə edib.

Tarix
2025.04.11 / 16:02
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

İğdırda Zəfər Günü böyük coşqu ilə qeyd olundu - Video

Azərbaycan hava məkanında Ərdoğandan Əliyevə mesaj

Şaiq Şükürov yüksək vəzifəyə təyin olundu

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

Vensdən etiraf: İrana görə uduzduq...

Prezidentin təltif etdiyi Kamran İmanov: 80 yaşlı sədr

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla