Yuxarı

Bu gün həlak olan hərbçi, görün, kimin qızı imiş? - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün həlak olan hərbçi, görün, kimin qızı imiş? - Video

Kəlbəcər rayonunda qəzaya düşərək, həlak olan İlahə Rəsul qızı Şahverdiyevanın ötən ilin yazında cavan oğlu da dünyasını dəyişib.

Axar.az xəbər verir ki, bu barədə İ.Şahverdiyeva ötən ilin mayında sosial şəbəkədə paylaşım edib.

"Sənsiz yaşamaq cəhənnəmdə yaşamaqdı, mən bu dünyada cəhənnəmdə yaşadım, sən cənnətdə ol, ömrümün bəzəyi oğlum. Sən ananın cənnətisən. Mən səndən ayrı yaşamaq istəmirəm, canım oğlum", - deyə o, oğlunun fotosunu paylaşaraq yazıb.

Qeyd edək ki, bu gün "Nissan Pathfinder" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü, 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyevanın həlak olduğu bildirilir.

Hadisə ilə bağlı İ.Şahverdiyevanın əmisi oğlu Anar Şahverdiyev Bakupost.az-a bildirib ki, İlahə Şahverdiyeva hərbi hissələrdən birində aşpaz kimi çalışırmış. Onun dediyinə görə, xanım hərbçi qəzadan sonra Gəncəyə hospitala aparılıb.

"Biz də yeni xəbər tutmuşuq. Bizə onun ölmədiyini, vəziyyətinin ağır olduğunu bildiriblər. Gəncəyə hospitala aparıblar. Biz də oraya gedirik", - deyə İ.Şahverdiyevanın əmisi oğlu A.Şahverdiyev bildirib.

Qeyd edək ki, İlahə Şahverdiyeva Milli Qəhrəman İsrafil Şahverdiyevin qardaşı qızı, Birinci Qarabağ müharibəsi şəhidi Rəsul Şahverdiyevin qızıdır.

Tarix
2025.04.14 / 18:17
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla