Yuxarı

ABB ABA-nın 6 mükafatını qazandı!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABB 2024-cü ildəki fəaliyyətinə görə Azərbaycan Banklar Assosiasiyasının 6 mükafatına layiq görülüb. Bank bu nominasiyalar üzrə ABA-nın mükafatlarını qazanıb: “Rəqəmsal ödənişlər sahəsində innovativ layihələrin tətbiqi”, “Dayanıqlı bankçılıq üzrə layihələr (ESG)”, “Kiçik və orta biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Korporativ sosial məsuliyyət”, “Maliyyə savadlılığı dəstəkçisi”, “Təhsil dəstəkçisi”.

Xatırladaq ki, bankların rəqəmsal inkişaf səviyyəsinin müəyyənləşdirilməsi sahəsində dünyanın ən böyük araşdırması olan "Deloitte Digital Banking Maturity 2024" (DBM-2024) hesabatının nəticələrinə görə, ABB ötən il müxtəlif meyarlar əsasında ölkə üzrə lider mövqedə qərarlaşıb.

ABB ötən il COP29 tədbirinin əsas bank tərəfdaşı olub. COP29-un “Yaşıl zonası”ndakı pavilyonunda dayanıqlılıq mövzusunda çoxsaylı tədbirlər keçirib. Bank həmçinin ötən il beynəlxalq standartlara uyğun hazırlanmış Dayanıqlı İnkişaf Hesabatını təqdim edib.

ABB 2024-cü ildə real sektora dəstəyini daha da gücləndirib. O cümlədən kiçik və orta sahibkarlara yeni fürsətlər yaradıb. Kiçik sahibkarlar üçün nəzərdə tutulmuş və onlara geniş imkanlar yaradan ABB Biz tətbiqini bazara təqdim edib. Həmçinin rəqəmsal ödənişlər sahəsində innovativ layihələrini davam etdirərək “ABB – AZAL Miles” kartı kimi məhsullarını müştərilərin istifadəsinə verib.

ABB korporativ sosial məsuliyyət proqramı çərçivəsində idmana, ətraf mühitin qorunmasına, təhsil və innovasiyalara dəstək layihələrini də il ərzində uğurla davam etdirib. Əhalinin maliyyə savadlılığının artırılması məqsədilə maarifləndirici layihələr reallaşdırıb, o cümlədən ABB səhmlərinin kütləvi emissiyası kampaniyasını uğurla həyata keçirib.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Tarix
2025.04.15 / 14:15
Müəllif
Axar.az
Digər xəbərlər

Pezeşkian AzTV-yə müsahibə verdi - Video

İlham Əliyev Pezeşkiana başsağlığı verdi

XİN bu ölkəni təbrik etdi

Prezidentə bəhs edilən azərbaycanlı gənc... - Video

İlham Əliyev bu ölkə prezidentlərini təbrik etdi

XİN İrana başsağlığı verdi

Sahibə Qafarova Roma Papasının dəfn mərasimində - Foto

İrandan Pezeşkianın Bakı səfəri barədə yeni açıqlama

Müqavilə mayın 9-da imzalanacaq? – Nikoldan reaksiya

Xankəndi Gənclər Paktı imzalanacaq - XİN açıqladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla