Yuxarı

Büdcəyə 100 milyon manat vəsait bərpa olundu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Büdcəyə 100 milyon manat vəsait bərpa olundu

Hesablama Palatasının fəaliyyəti nəticəsində təxminən 100 mln. manat vəsaitin bərpası və digər tədbirlərin görülməsi təmin edilib.

Axar.az APA-ya istinadla xəbər verir ki, bunu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ının müzakirəsi zamanı Hesablama Palatasının sədri Vüqar Gülməmmədov deyib.

“İndi isə audit təsiri və ya auditlərlə yaratdığımız əlavə dəyər barədə 2024-cü ilin iş planı üzrə dövlət vəsaitinin bərpası ilə bağlı 84,4 mln. manata qarşı (1,0 mln. manatı NMR üzrə İdarə) 59,4 mln. manat (1,0 mln. manatı NMR üzrə İdarə), digər tədbirlər üzrə 53,2 mln. manata qarşı 21,2 mln. manat icra edilib. Aparılan təhlillər bərpası müəyyən edilmiş pul vəsaitlərinin yarıdan çoxunun büdcə vəsaitlərinin idarə edilməsi və dövlət satınalmalarından formalaşdığını göstərib. Digər tədbirlərə debitor və kreditor borcların bağlanılması, müqavilə məbləğinin azaldılması, yerinə yetirilmiş işlərin ekspertizadan keçirilməsi və s. tədbirləri daxil edib. Əvvəlki illərin iş planları üzrə nəzarət tədbirləri ilə hesabat dövründə 8,6 mln. manat bərpa edilib. Bundan əlavə, 2023-cü ildə maliyyə hesabatlarının auditi üzrə aşkarlanmış 661,5 mln. manat əhəmiyyətli təhriflərin 400,0 mln. manatdan çoxu üzrə müvafiq düzəlişlər edilib. Hesabat dövründə Hesablama Palatasının nəzarət tədbirlərinin materialları əsasında prokurorluq orqanları tərəfindən 7,4 mln. manatın bərpası və digər tədbirlərin görülməsi təmin edilib”, - deyə o qeyd edib.

Tarix
2025.04.15 / 13:36
Müəllif
Axar.az
Digər xəbərlər

Paşinyan: Qarabağdan niyə qaçdınız? - Video

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Azərbaycan nümayəndə heyəti Tiflisə yollandı

İran təsəvvürləri alt-üst etdi: 4 min km uçan raket...

ABŞ İran neftinə sanksiyanı bir aylıq qaldırdı - Hansı məntiqlə?

İran müharibəsi: Azərbaycan “əsas dəhlizə” çevrilir...

Şovinist Rza Pəhləvinin olmayan “Ölümsüzlər” ordusu...

ABŞ-da İran üzrə peşəkarlar niyə işdən çıxarıldı?

Bu nazirin müavilərinin sayı 6-ya çatdı

Nazir müavini təyin edilən jurnalist oğlunun - Dosyesi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla