Yuxarı

Müqəddəs Od enməsə, dünya dağılacaq? - Zirəddin

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müqəddəs Od enməsə, dünya dağılacaq? - Zirəddin

Hər il Pasxa bayramı ərəfəsində Yerusəlimdəki İsa məbədində Müqəddəs Odun enməsi mərasimi keçirilir. İnanclara görə, Müqəddəs Od enmədiyi təqdirdə dünyanın sonu gələcək. Amma bu, doğrudanmı belədir?

Axar.az xəbər verir ki, bununla bağlı ezoterik, psixoloq və ictimai xadim Zirəddin Rzayev “Radio 1”ə açıqlamasında deyib.

Onun sözlərinə görə, Pasxa ərəfəsində Müqəddəs Odun enməsində qeyri-adi və ya paranormal heç nə yoxdur:

“Müqəddəs Od – xalq inancı, xristian kultu və ənənəsidir. Bir çoxları iddia edir ki, bu od əlləri və üzü yandırmır, insanlar guya onunla yuyunurlar. Amma bu barədə elmi araşdırmalara rast gəlməmişəm. Ona görə də təəssüf ki, bu, bir mifdir”.

Onun sözlərinə görə, Müqəddəs Od yalnız insanların inancına əsaslanır və burada heç bir sehr yoxdur:

“Bu, insan əli ilə edilən bir şeydir – odu insanlar özləri yandırırlar. Mən hələ heç bir videoda kimsənin əlinin oda tutub, yanmadığını görməmişəm”.

O, odun enmədiyi təqdirdə dünyanın sonunun gələcəyi fikrinin də sübut olunmamış bir iddia olduğunu vurğulayıb:

“Bir neçə dəfə Müqəddəs Od enməyib, amma dünya hələ də mövcuddur. Belə olan halda, bu nə deməkdir? Əgər od enməsə, dünyanın sonu gələcək deyə niyə narahatlıq keçirək?”.

Qeyd edək ki, "Odun enməsi" ifadəsi xristian (xüsusilə pravoslav) inanclarında xüsusi dini hadisəyə aiddir. İnanclara görə, bu zaman qəbrin içində Müqəddəs Od möcüzəvi şəkildə alovlanır. Bu alov insanlara verilir, şamlar və lampalar onunla yandırılır.

İddia edilir ki, odun ilk dəqiqələrində yandırıcı təsiri olmur.

Tarix
2025.04.19 / 16:11
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Qarabağı Azərbaycan adlandıran nazirə hücum

Bu iclasda iştirak etmək böyük şərəfdir - Səfir

Bakının təhvil verdiyi 10 erməni və 1 rusla bağlı son xəbər

Tramp bunu iki lider üçün etdi: İlham Əliyev və Zelenski...

REZA-nın fotosərgisi: Aeroportda təqdim olunur - Foto

Pezeşkian Azərbaycanla bu əlaqələri dəstəkləyib

Bayramov kollegiya iclası keçirdi, tapşırıqlar verildi

Əli Əsədov Armenqolla görüşdü, başsağlığı verdi

Leyla Əliyevadan bacısı ilə bağlı maraqlı paylaşım - Foto

Şeyx Zayed Fondundan Əliyevlə bağlı paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla