Yuxarı

Pensiyaya 5 il tez çıxmaq üçün nə etmək lazımdır?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əgər şəxsin 5 və daha çox uşağı varsa və ona 8 yaşınadək baxıb, tərbiyə edibsə, "Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə əsasən, həmin qadınların pensiya yaş həddi 5 il azaldılır.

Axar.az AzTV-yə istinadən xəbər verir ki, bunu DSMF-nin Sosial ödənişlər departamentinin mütəxəssisi Pərvin Əlizadə bildirib.

P.Əlizadənin sözlərinə görə, hazırda (2025-ci ildə) qadınlar üçün pensiya yaşı 64 yaş müəyyən olunub və vətəndaş artıq 59 yaşındadırsa, ona bu yaşa görə 220 manat sosial müavinət, əgər pensiya hüququ varsa, pensiya təyin olunacaq:

"Bundan əlavə, əgər vətəndaş 5 və daha çox uşağı olan qadındırsa, yaşı 59-dan aşağıdırsa, 18 yaşınadək uşaqları varsa, 5-dən çox uşağı olan qadınlara verilən müavinət növündən əldə edə bilər. Digər halda, əgər vətəndaş əlilliyi olan uşağa baxırsa, ona da yenə 5 il güzəşt tətbiq olunur. Belə deyək, bu, paralel aparılır. Ya qadının 5 və ya daha çox uşağı olmalıdır, ya da əlilliyi olan uşağa baxmalıdır ki, pensiya yaş həddi 5 il azaldılsın. O zaman hər ikisində 59 yaş müəyyən olunur. Əgər vətəndaş vəfat etmiş şəxsin 8 yaşınadək sağlam uşağına qulluq edirsə, onun məbləği isə 120 manat təyin edilir. Bundan əlavə, əlilliyi olan uşağa qulluğa görə, 100 manat məbləğində təqaüd təyin olunur”.

Məlumat üçün bildirək ki, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin aprelin 7-də keçirilən iclasında "Əmək pensiyaları haqqında” Qanuna dəyişiklik edilməsi təklif olunub.

Təklifə əsasən, "Əmək pensiyaları haqqında” Qanunun 6.2-ci maddəsində uşaqlara görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası olan şəxslərin erkən pensiyası üçün 5 il ərzində ödənilən məbləği (8-ci maddə), bundan başqa, liliputların və fizioloji mütənasibliyi pozulmuş cırtdanboy şəxslərin erkən pensiyası üçün 20 il ərzində ödənilən məbləği (9.2-ci maddə), həmçinin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxsə, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə) qulluq dövrünün sığorta stajına daxil edilməsi ilə əlaqədar güzəştlərin qazanılmış pensiya kapitalına əsasən formalaşan məbləği üzrə əmək pensiyası ödənişinin maliyyə mənbəyi kimi dövlət büdcəsi müəyyən edilir.

Qanunun tətbiqi 2025-ci il yanvarın 1-dən nəzərdə tutulur.

Tarix
2025.04.20 / 19:32
Müəllif
Axar.az
Digər xəbərlər

Quru sərhədlərin açılması barədə vacib açıqlama

Sahibə Qafarova Malayziya baş naziri ilə görüşdü

Bu yolun Azərbaycana verilməsi düzgün qərardır - Nikol

Əli Əsədov Bişkekdə mühüm görüşdə - Foto

Azərbaycan Zəngəzur vasitəsilə silah daşıyacaq? - Paşinyan

Trampın Albaniya ilə Ermənistanı səhv salması...

Əli Əsədov Bişkekdə Japarovla görüşdü

Zakir Həsənov Pekində səfərdədir - Foto

Prezident Marta Kosu qəbul etdi - Foto

ABŞ-da Bakıya qarşı təxribatçı "düzəliş" - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla