Yuxarı

Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı Metropolitenindən sərnişinlərə xəbərdarlıq...

Son zamanlarda Bakı Metropolitenində sərnişinlərin maşinistlə rabitə xidmətindən lüzumsuz istifadə hallarında artım müşahidə olunub.

Bakı Metropoliteni QSC -nin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu cür hallar təhlükəsizlik baxımından ciddi narahatlıq doğurur və sərnişin məsuliyyətinin böyük əhəmiyyət kəsb etdiyi vurğulanır.

Bildirilib ki, qatar maşinisti yalnız nəqliyyat vasitəsini idarə etmir, eyni zamanda təxminən 1600 sərnişinin təhlükəsiz şəkildə mənzil başına çatmasını təmin etmək kimi ağır bir məsuliyyət daşıyır. Maşinist tunel infrastrukturu və qarşısına çıxan mümkün maneələrlə bağlı daim diqqətli olmalıdır. Bu səbəbdən onun işinə müdaxilə etmək və diqqətini yayındırmaq ciddi risklər yaradır və qəti şəkildə yolverilməzdir.

Qeyd olunub ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, sərnişin-maşinist rabitəsindən zərurət olmadıqda istifadə edənlərə qarşı cərimə tədbirləri nəzərdə tutulur. Rabitə yalnız fövqəladə hallarda – sərnişinin halının pisləşməsi, vaqonda şübhəli cisimlərin aşkar edilməsi, texniki nasazlıq və ya digər təhlükəli vəziyyətlər zamanı məlumat vermək məqsədilə istifadə olunmalıdır.

Tarix
2025.04.22 / 20:44
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla