Yuxarı

I sinifə elektron qeydiyyatdan keçə bilməyənlərin nəzərinə!

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025-2026-cı dərs ilində ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 30 alternativ qeydiyyat mərkəzi fəaliyyətə başlayıb. Eyni zamanda birinci siniflərə qeydiyyat prosesi ilə bağlı vətəndaşlar 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölmələrinə müraciət edə bilərlər.

Bu barədə Axar.az-a BŞTİ-dən bildirilib.

Bildirilib ki, www.mektebeqebul.edu.az sistemi vasitəsilə özü elektron qeydiyyatdan keçə bilməyən və ya internet resurslarına çıxış imkanı olmayan vətəndaşlara aidiyyəti ərazi üzrə fəaliyyət göstərən ən yaxın alternativ qeydiyyat mərkəzinə müraciət etmək tövsiyə olunur.

Təhsil müəssisələrindəki alternativ qeydiyyat mərkəzləri Binəqədi rayonu üzrə 83, 217, 297, Nəsimi rayonu üzrə 19, Nizami rayonu üzrə 145, 10, Nərimanov rayonu üzrə 45, Suraxanı rayonu üzrə 279, 280, 114, Qaradağ rayonu üzrə 321, 273, 288, 110, 320, 180, Sabunçu rayonu üzrə 74, 130, 108, 170, Səbail rayonu üzrə 163, Yasamal rayonu üzrə 18, 336, Xəzər rayonu üzrə 88, 156, 234, Xətai rayonu üzrə 257, 165, 261, Pirallahı rayonu üzrə isə 168 nömrəli tam orta məktəbdə fəaliyyət göstərir.

Vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə həftənin I-V günləri saat 10:00-dan 17:00-a qədər müraciət edə bilərlər. Valideyn alternativ qeydiyyat mərkəzinə müraciət edərkən övladını özü ilə aparmasına ehtiyac yoxdur.

Həmçinin valideynlər (və ya qanuni nümayəndələr) digər bütün hallarla bağlı şəxsi kabinetlərindəki “Əlaqə” bölməsi və “WhatsApp” vasitəsilə (070-996-76-63, 070-996-36-62, 070-996-46-68) də müraciət ünvanlaya bilərlər.

Qeyd edək ki, 2025-2026-cı tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 12-nə qədər davam edəcək.

Tarix
2025.05.01 / 12:04
Müəllif
Axar.az
Digər xəbərlər

Putini bir müsahibə ilə darmadağın etdi...

BƏƏ prezidentinin Qarabağ səfəri bunu təsdiq etdi – Bayramov

Azərbaycan və BƏƏ arasında 14 sənəd imzalandı

Prezidentlərin Şuşada geniş tərkibdə görüşü oldu - Foto

Minsk prosesinin ləğvi ilə bağlı qərarın icrasına başlanıldı

BƏƏ prezidentinin şərəfinə rəsmi nahar verildi

Prezidentlər Şuşa qalasının önündə foto çəkdirdilər

Prezidentlər Yeni Şuşa məscidindəki işlərlə tanış oldu - Foto

Prezidentlər Milli Xalça Muzeyinin Şuşa filialında - Foto

Prezidentlər Şuşada güllələnmiş heykəllərə baxdılar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla