Yuxarı

Kişi onu soyuq qarşılayan arvadını bıçaqladı - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kişi onu soyuq qarşılayan arvadını bıçaqladı - Video

Paytaxtda ər arvadını bıçaqlayıb. Acınacaqlı məqamlardan biri isə hadisənin azyaşlı uşağın gözləri qarşısında törədilməsidir.

ANS-in məlumatına görə, qeyri-rəsmi nikah münasibətlərində olan qadını bıçaqlayan 52 yaşlı Bəxtiyar Məmmədov əməlinə haqq da qazandırmağa çalışıb.

Suraxanı polisi tərəfindən qolu qandallanan Bəxtiyar bir neçə gün öncə övladı ilə ata yurdu - Astara rayonuna getdiyini deyir. Hadisə günü evə qayıdan zaman həyat yoldaşı 43 yaşlı Aytəkin Qüdrətovanın onu qarşılamasından xoşlanmayıb.

Məmmədovun dediklərinə görə, həyat yoldaşı ilə hər zaman normal münasibəti olub. Hətta Bəxtiyar məhbus olduğu vaxtlarda qadın onu tək buraxmayıb. Uzun illər bir yastığa baş qoyduğu qadını xəstəxanalıq edən Bəxtiyar əməlindən peşman olmadığını deyib.

Övladını rayona göndərən Bəxtiyar daha sonra evinə qayıdıb. Yaralı qadın tibb ocağında müalicəyə göndərilib. Bəxtiyar Məmmədovu isə ona yad olmayan həbsxana divarları gözləyir.

Tarix
2016.06.10 / 09:27
Müəllif
Axar.az
Digər xəbərlər

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək...

Azərbaycanla sərhəddə raketlər yerləşdirildi - Foto

Türkiyə dərsliyində Azərbaycan şəhəri haqda bu ifadə... - Foto

Ərdoğan Azərbaycan səmasına daxil olan kimi elə bir jest etdi ki...

Paşinyan elan etdi: TRİPP-in icrasına başladıq

Paşinyan: Yeni Konstitusiya bizə sülh gətirəcəkmi?

Laçından Mehriyə keçmişdi: 1 noyabrdan Molodeçnodur

Türkiyədə İlham Əliyevin adından yayılan bu fikirlər...

Ermənistanda Nəsimi haqda müəmma: nəyi gizlədirlər?

Nazirlər Milli Məclisə toplanır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla