Yuxarı

Bakıda qayda pozan motosikletçilər... – DİN-dən açıqlama

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda qayda pozan motosikletçilər... – DİN-dən açıqlama

Yol hərəkəti qaydalarını kobud şəkildə pozan motosiklet sürücülərinin aşkarlanaraq məsuliyyətə cəlb edilməsi istiqamətində Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən mütəmadi nəzarət tədbirləri həyata keçirilir.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli paytaxtda motosiklet sürücüləri ilə bağlı görülən tədbirlərdən danışarkən deyib.

Onun sözlərinə görə, bir neçə gün öncə müxtəlif vaxtlarda Bakının mərkəzi küçələrində avtoxuliqanlıq edən və hərəkət iştirakçıları üçün təhlükə yaradan motosiklet sürücüləri saxlanılıb və barələrində qanunamüvafiq tədbirlər görülüb:

“Dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi motosiklet sürücüləri qaydalara məhəl qoymur, yollarda digər nəqliyyat vasitələrinin hərəkətinə, səkilərdə isə piyadalara ciddi maneələr törədirlər. Bu da nəticədə xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur”.

Toğrul Nəsirli bildirib ki, bu cür nəqliyyat vasitələrini idarə edən sürücülər daha məsuliyyətli olmalı, qaydalara ciddi riayət etməlidirlər:

“Unutmaq olmaz ki, ani diqqətsizlik, qaydalara biganə yanaşma ağır nəticələrə səbəb ola bilər. Aşkarlandığı təqdirdə qayda pozan motosiklet sürücüləri inzibati məsuliyyətə cəlb ediləcəklər”.

Tarix
2025.05.13 / 11:48
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Türkiyə ilə sərhədin açılması üçün... - Paşinyan

Paşinyan fikrini dəyişdi - Sülh sazişi ilə bağlı tarix...

Paşinyan onu Azərbaycana qaytaracaqlarını açıqladı

Rumıniyada qalmaqal: Azərbaycanın adı niyə çəkilir?

İrəvan üçün Moskva yox, Bakı ilə münasibətlər... - Mehrabyan

Mirzoyandan sülh sazişi ilə bağlı açıqlama

Nikol sülhü uzadır, Bakının cavabı ağır olacaq

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Ermənistanda TRİPP-lə bağlı işlərə başlanıldı - Foto

Ermənistan çobanı Azərbaycana qaytarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla