Yuxarı

Vəzifəli şəxs məhkəmə zalında həbs edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Vəzifəli şəxs məhkəmə zalında həbs edildi

Nizami rayon Dövlət Sığorta Agentliyinin sabiq direktoru Elmar Qasımovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

Axar.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Elmar Qasımova 3 il müddətinə müəyyən vəzifə tutmaq hüququndan məhrum edilib və 7 il azadlıqdan məhrum edilib. Zamində olan Elmar Qasımovun barəsində həbs qətimkan tədbiri seçilib və o, məhkəmə iclas zalında həbs olunub.

İttihama görə, təqsirləndirilən Elmar Qasımov öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif şəxslərlə bağlı Dövlət Sığorta Agentliyinə ümumilikdə 288 min manat maddi ziyan vurub.

Dövlət Sığorta Agentliyi nümayəndəsi təqsirləndirilən şəxsə qarşı 1 milyon 90 min manatlıq mülki iddia qaldırıb. Bildirilib ki, mülki iddianın 288 min manatı dəymiş ziyan, qalan hissəsi isə cinayət tərkibi olmayan dəymiş ziyandır.

Elmar Qasımov Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 309.2-ci (Vəzifə səlahiyyətlərini aşma, ağır nəticələrə səbəb olduqda) və 313-cü (Vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunub.

İş üzrə Dövlət Siğorta Kommersiya Şirkəti zərərçəkən kimi tanınıb.

Tarix
2025.05.13 / 11:58
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın strateji rolunu yüksək qiymətləndiririk - Səfir

Laçının torpaq potensialı yenidən qiymətləndirildi

Azərbaycanla İsrail arasında mühüm iclas keçirildi - Foto

2026-cı ilin büdcə zərfinin strukturu...

Erməni mütəxəssislər Bakıya gəlir - Tarix

Hacıbəyli Mehdiyevə sevgisini bu sözlərlə etiraf etmişdi - Video

Gideon Saar Azərbaycana gələcək

ABŞ Azərbaycana süni intellekt texnologiyası satacaq

ABŞ “Javelin”lərin Hindistana satışına razılıq verdi

Ukraynanın Azərbaycandakı səfirliyində matəm kitabı açıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla