Yuxarı

Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əmək müqavilələri ilə bağlı işəgötürənlərə xəbərdarlıq

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi ilə bağlı işəgötürənlərə müraciət edib.

Bu barədə Axar.az-a nazirlikdən məlumat verilib.

Bildirilib ki, “Əmək və məşğulluq” altsistemi üzərindən aparılan nəzarət zamanı bəzi işəgötürənlərin qüvvədə olan əmək müqavilələrini hələ də elektron sənəd formasına keçirmədiyi müşahidə olunub:

"Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi qanunvericiliyin tələbidir. Bu tələbin vaxtında və düzgün icrası, əmək qanunvericiliyinə riayət olunması, əmək münasibətlərində şəffaflığın təmin edilməsi və işçilərin hüquqlarının müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir".

Xatırladaq ki, əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələlərinin son müddəti Azərbaycan dövlət orqanları, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər, dövlət adından yaradılan publik hüquqi şəxslər olan işəgötürənlər üçün 2025-ci il 1 yanvaradək (bu mərhələ üzrə müddət artıq bitib), iri, orta, kiçik və mikro sahibkarlıq subyekti olan, habelə sahibkarlıq subyekti olmayan işəgötürənlər üçün 2025-ci il 1 iyuladək, ailə kəndli təsərrüfatları və ailə müəssisələrinin işəgötürənləri üçün isə 2026-cı il 1 yanvaradək müəyyən edilib.

Tarix
2025.05.13 / 14:42
Müəllif
Axar.az
Digər xəbərlər

Hindistan elan etdi: Bu raketlər İrəvana çatdırıldı

Sabah başlayır: Paşinyan görüşə niyə getmədi?

İlham Əliyev Şəhidlər Xiyabanını ziyarət etdi

Trampın İran mesajı: yeni lider axtarır

Müharibəyə getmək üçün azərbaycanlılara bu qədər təklif edilir

İranla bağlı vaxt çatdı - Tramp elan etdi

İxtisar zamanı bu şəxslərə toxunulmayacaq

Hansı hallarda vəzifəlilərin maaşları saxlanılacaq?

Əmr verilib, hücum hazırlanıb: Tramp son anda imtina edib

4 erməni məhbus buna görə qaytarılıb - Saakyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla