Yuxarı

Bakıda evlərin qiyməti qalxdı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda evlərin qiyməti qalxdı

Yanvar ayında Bakıda təkrar mənzil bazarında qiymətlər 3,71 faiz artaraq 1807-dən 1874 dollara qalxıb.

Bu barədə şənbə günü "MBA LTD" konsaltinq şirkətindən bildirilib.

Şirkətdən deyilib: "Qiymət artımına səbəb mənzil satışına real təklifin az sayda olması və əhalinin bu il ölkədə qiymətlərin artacağı ehtimalı ilə bağlıdır. Belə gözləntiləri doğuran səbəblərdən biri ötən ilin sonunda yanacağın qiymətlərinin artmasıdır. Mənzillərin bahalaşmasına mövsüm amili də təsir edir".

Ay ərzində portfelin böyük hissəsini ucuz evlər təşkil edib ki, bu da bazarın konyukturu və ya tələbin xarakterindən irəli gəlir. Yanvarda bahalı evlərin payı 45,42 faizdən 44,17 faizədək azalıb, ucuz evlərin payı isə müvafiq olaraq 54,58 faizdən 55,83 faizədək artıb. Bahalı evlərin orta qiyməti 4,75 faiz, ucuz evlərin orta qiyməti isə 2,4 faiz artıb.

Portfeldə dəyəri 85-95 min dollar olan mənzillərin payı çoxluq (35,9 faiz) təşkil edib. Yanvarda satılan otaqların orta sayı 2,57, mənzillərin satıldığı orta qiymət 65 983 dollar, mənzillərin orta qiyməti 166 937 dollar təşkil edir. (Trend)

Tarix
2014.02.23 / 10:07
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıda Estoniya səfirliyinin rəsmi açılış mərasimi keçirildi

Estoniya XİN rəhbərinin rəsmi qəbulu ilə bağlı videoçarx

Milli Məclisin iclası başladı

Prezident Marqus Tsaxnanı qəbul etdi

"Sülh körpüsü": Yaradılan komitələrdə müzakirələr keçirildi

Marqus Tsaxna Bakıda səfərdədir

Sərdar Cəlaloğlu gözünün içinə qədər yalan deyir

Sülh körpüsü: Altı istiqamət üzrə komitələr yaradılacaq

Estoniya XİN rəhbəri Azərbaycana gəlir

Əli Kərimlinin müdafiəsini bu iki erməni təşkil edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla