Yuxarı

Gömrükdə 50 min siqaret tutuldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Gömrükdə 50 min siqaret tutuldu

Tovuz və Xaçmaz gömrük idarələrinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən Axar.az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 3 ədəd avtomobilə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərdən üzərində aksiz markası olmayan, ümumilikdə 14 800 ədəd, "Sadıxlı" gömrük postunda isə Gürcüstan Respublikasından Azərbaycana gələn avtomobildən 14 000 ədəd siqaret aşkar olunaraq götürülüb.

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları isə idarəyə daxil olan əməliyyat məlumatı əsasında "Samur" gömrük postunda Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçiriblər. Yoxlama zamanı avtomobilin təkərlərinin içindən gömrük nəzarətindən gizlədilmiş 20 400 ədəd siqaret aşkar edilərək götürülüb.

Bütün faktlarla bağlı araşdırma aparılır.

Tarix
2016.06.14 / 16:30
Müəllif
Axar.az
Digər xəbərlər

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

İlham Əliyev Hərbi Dəniz Qüvvələrində oldu - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla