Yuxarı

ABŞ-dan Ziya Məmmədovla bağlı vacib qərar

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Ədliyyə Nazirliyi Kanadanın “Bombardier” şirkəti ilə bağlı aparılan korrupsiya istintaqını dayandırıb. Sözügedən araşdırma çərçivəsində Azərbaycanın keçmiş nəqliyyat naziri Ziya Məmmədov və onun müavini, “Azərbaycan Dəmir Yolları” QSC-nin sabiq rəhbəri Arif Əsgərovun adları hallanırdı.

Axar.az Haqqin.az-a istinadən xəbər verir ki, “Bombardier” şirkəti 1 aprel tarixində ABŞ Ədliyyə Nazirliyindən rəsmi məktub alaraq, istintaqın bağlandığını təsdiqləyib. Kanada şirkətinin maliyyə hesabatında qeyd olunur ki, İndoneziya və Azərbaycan dəmir yolları ilə bağlı müqavilələrlə əlaqəli iki istintaq toplanmış məlumatlar əsasında yekunlaşdırılıb.

ABŞ Ədliyyə Nazirliyi məsələ ilə bağlı əlavə şərh verməkdən imtina edib. "Bombardier" şirkəti də açıqlama yaymayıb.

Qeyd edək ki, 2020-ci ildə Azərbaycanla, 2021-ci ildə isə İndoneziyanın “Garuda Airlines” şirkəti ilə bağlanmış müqavilələr üzrə istintaq başladılmışdı. Bu çərçivədə Azərbaycanın Nəqliyyat Nazirliyi ilə "Bombardier" arasında 2013-cü ildə imzalanmış 350 milyon dollarlıq müqavilə də araşdırılmışdı. Müqavilə Bakı–Qazax–Böyük Kəsik dəmir yolu xətti üçün siqnal avadanlıqlarının alınmasını nəzərdə tuturdu.

İstintaq zamanı məlum olub ki, təxminən 100 milyon dollar vəsait yüksək vəzifəli məmurlara rüşvət kimi ödənilib. Rüşvətlərin ötürülməsi üçün ofşor vasitəçi – Multiserv Overseas Ltd şirkətindən istifadə olunub. Bu şirkət Rusiyanın sabiq dəmiryolu rəhbəri Vladimir Yakunin tərəfindən təsis edilib və müxtəlif ölkələrdə Bombardier layihələrinə vasitəçilik edib.

Sənədlərdə göstərilir ki, 46 ədəd siqnal qurğusu Azərbaycana göndərilib, lakin ödənişlər heç bir ünvanı və fəaliyyəti olmayan London mənşəli şirkət vasitəsilə həyata keçirilib. Avadanlıqlar real qiymətindən 5,5 dəfə baha qiymətə satılıb.

İsveçdə bu işlə bağlı cinayət işi başlanıb və "Bombardier"in vitse-prezidenti Tomas Bimer məhkəməyə verilib. 2021-ci ilin dekabrında Stokholm məhkəməsi onu bəraət qazandıraraq, korrupsiya sxemindən xəbərsiz olduğuna qərar verib.

Xatırladaq ki, bu iş üzrə Dünya Bankı tərəfindən başlanan araşdırma hələ də davam edir. Eyni zamanda Kanadanın hüquq-mühafizə orqanları Bombardier-in İndoneziya ilə imzaladığı təyyarə satışı müqaviləsi üzrə yoxlamaları davam etdirir.

Maraqlıdır ki, 2021-ci ildə ABŞ Prezidenti Donald Tramp tərəfindən ölkənin əsas antikorrupsiya qanunu – Xaricdə Korrupsiya ilə Mübarizə Aktının (FCPA) tətbiqinin dayandırılması barədə sərəncam imzalanmışdı. Hazırkı qərarın həmin sərəncamla əlaqəli olub-olmadığı isə rəsmi şəkildə təsdiqlənməyib.

Tarix
2025.05.22 / 20:28
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanda əsgərlik yaşı dəyişirmi?

General-polkovnik Xəlil Arslanova 17 il həbs verildi

İran Rusiyada kəşfiyyatı genişləndirdi: nə əldə etmək istəyir?

Diplomatlarımıza həbsdəki ermənilər barədə məlumat verildi

Azərbaycanla danışıqlar aparırıq, hazırıq - Mirzoyan

Hərbi qulluqçular arasında səmti müəyyənetmə yarışı keçirildi

Kurenkov Bakıya gəldi

Rusiya Azərbaycanla qarşıdurmaya girsə... - Tsaryov

Diplomatlar ADA-da toplandı - Müşavirə

Bakı-Moskva münasibətləri gərginləşdi – Zatulin “aktivləşdi”

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla