Yuxarı

Deputat Polşada mühüm görüşlər keçirdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Polşada mühüm görüşlər keçirdi

Qənirə Paşayeva Polşa Baş nazirinin müavini və İnkiaf naziri Mateusz Moraviecki ilə görüşüb.

Axar.az xəbər verir ki, millət vəkili Azərbaycanın Polşa ilə bütün istiqamətlərdə əlaqələrin inkişafına böyük önəm verdiyini deyib və iki dövlət arasında güclü siyasi, iqtisadi-ticarət əlaqələrinin olduğunu bildirib.

Deputat eyni zamanda, Qarabağdan danışıb və münaqişə nəticəsində öz doğma evlərindən qovulan 1 milyon azərbaycanlının məcburi köçkün həyatı yaşamağa məcbur olması barədə məlumat verib.

Azərbaycana xoş münasibət bəslədiyini deyən polşalı nazir iki ölkə arasında əməkdaşlığın genişlənməsində maraqlı olduqlarını deyib.

Q.Paşayeva həmçinin Varşava Meri Hanna Gronkievicz Valtzla da görüşüb. Görüşdə bu şəhərdə yaşayan və təhsil alan azərbaycanlılardan danışılıb. Millət vəkili azərbaycanlı tələbələrə dəstək göstərilməsi ilə bağlı merə müraciət edib.

O, xüsusilə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də məlumat verib.

Tarixdə Polşaya böyük xidmətləri olan azərbaycanlılar barədə də danışan Q.Paşayevanın səsləndirdiyi məlumatlar mer üçün çox maraqlı olub.

Tarix
2016.06.15 / 13:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla