Yuxarı

Sabahın hava proqnozu açıqlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sabahın hava proqnozu açıqlandı

Bakıda keçiriləcək Formula 1 üzrə Avropa Qran-prisi günü müşahidə olunacaq hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axar.az-a verilən məlumata görə, iyunun 17-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin səhər yarımadanın bəzi yerlərində az yağış yağacağı ehtimalı var.
Mülayim şimal-qərb küləyi arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 18-21, gündüz 25-30, Bakıda gecə 18-20, gündüz 27-29 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında sabah hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 16-21, gündüz 29-34, dağlarda gecə 11-16, gündüz 19-24 dərəcə isti olacaq.

Tarix
2016.06.16 / 12:53
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın namizədi BMT-nin bu komitəsinin üzvü seçildi

Azərbaycan nümayəndələri Kabildə beynəlxalq görüşdə...

Almaniya ümid edir ki, Əliyev bu il Berlinə gələcək – Səfir

Ermənistana 490 ton buğda göndərildi

İsrail ABŞ-İran razılaşmasına qarşı çıxdı

İsrail, İran, ABŞ, ərəblər - narazıdır: Bu, nə razılaşmadır?

Ərdoğan Azərbaycanı təbrik etdi

Suriyalı nazir Azərbaycanla münasibətlərdən danışdı

Türkiyə MN Azərbaycanı təbrik etdi - Foto

Ermənistanda neçə azərbaycanlı daşınmaz əmlak alıb?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla