Yuxarı

Diaspor Komitəsində Azərbaycan-İsrail kino layihəsi - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Diaspor Komitəsində Azərbaycan-İsrail kino layihəsi - Foto

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin və "Sholumi" Dağ Yəhudiləri İrsinin Qorunması Mərkəzinin təşəbbüsü və təşkilatçılığı ilə Diasporla İş üzrə Dövlət Komitəsinin akt zalında azərbaycanlı rejissor Rüfət Əsədovun "Əsrlərin dərinliklərindən gələn ənənələr" adlı tammetrajlı sənədli filminin təqdimatı keçirilib.

Kult.az xəbər verir ki, film Azərbaycan Rəssamlar İttifaqının və Azərbaycan Xalçaçılar Birliyinin, həmçinin Rusiya Rəssamlar İttifaqının üzvü, rəssam, dizayner, xalça mütəxəssisi və kolleksiyaçı Albert Rafiyevin həyat və yaradıcılığına həsr olunub.

Azərbaycan və İsrail kinematoqrafçılarının birgə layihəsi olan sənədli filmdə Azərbaycan və İsrail xalqları arasında əsrlər boyu formalaşmış mədəni əlaqələr, dostluq və qarşılıqlı hörmət əks etdirilir.

Ekran əsərinin prodüseri Şaul Siman-Tovdur.

Təqdimatda Milli Məclisin deputatları, İsrailin Azərbaycandakı səfirliyinin nümayəndələri, yaradıcı ziyalılar, ictimai xadimlər, incəsənət və səhnə ustaları, xarici ölkələrdən gələn qonaqlar və jurnalistlər iştirak ediblər.

Filmin əsas mövzusu Azərbaycan və yəhudi mədəniyyətlərinin qarşılıqlı vəhdətidir.

Albert Rafiyevin yaradıcılığında Azərbaycan müxtəlif etnik və dini mənsubiyyətə malik insanların əsrlər boyu sülh və qarşılıqlı anlaşma şəraitində birgə yaşadığı, multikulturalizm və tolerantlıq ənənələrinin milli kimliyin ayrılmaz hissəsinə çevrildiyi ölkə kimi təsvir olunur.

Tədbirdə Azərbaycanda tolerantlıq və multikulturalizm sahəsində həyata keçirilən uğurlu dövlət siyasətinin əhəmiyyəti vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin etnik və dini müxtəlifliyin qorunmasına, xalqlar arasında qarşılıqlı hörmətə və dinc birgəyaşayış prinsiplərinə əsaslanan siyasi kursunu ardıcıl və uğurla davam etdirir.

Qeyd edək ki, filmin ilk təqdimatı İsraildə, Azərbaycan Respublikasının Təl-Əvivdəki səfirliyində keçirilib, daha sonra isə Qüdsdə nümayiş olunub. Ekran əsərinin yaradıcı heyətinin verdiyi məlumata görə, artıq ABŞ, Almaniya, Niderland, Çexiya, Rusiya və bir sıra digər ölkələrdə filmin nümayişi ilə bağlı təkliflər daxil olub.

Tarix
2026.07.15 / 20:09
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan-Özbəkistan əməkdaşlığı buna xidmət edir

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla