Yuxarı

Köçəryan və Sərkisyana qarşı cinayət işi açıldı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Köçəryan və Sərkisyana qarşı cinayət işi açıldı

09:21

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan Milli Təhlükəsizlik Xidmətinə aparılıb.

Axar.az xəbər verir ki, bu barədə "Ermənistan" fraksiyasının deputatı Anna Qriqoryan məlumat verib.

Bundan başqa, Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryan və oğlu Levon Köçəryanın evində korrupsiya ilə bağlı cinayətlərə görə axtarışlar aparıldığını bildirib.

***

Ermənistan mətbuatının məlumatına görə, Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.

Hazırda onun digər oğlu Sedrak Köçəryan da Korrupsiyaya Qarşı Mübarizə Komitəsindədir.

***

Ermənistan Korrupsiyaya Qarşı Mübarizə Komitəsi Robert Köçəryana qarşı qaldırılan cinayət işinin detallarını açıqlayıb.

Məlumata görə, Robert Köçəryan və oğlu Sedrak Köçəryan da daxil olmaqla, altı nəfər saxlanılıb.

İstintaqın məlumatına görə, Köçəryan prezident vəzifəsini tutarkən vəzifəsindən istifadə edərək dövlət mülkiyyətindən çıxarılan qiymətli əmlakı bazar qiymətlərindən xeyli aşağı qiymətə əldə edib.

***

Ermənistanın sabiq prezidenti Robert Köçəryana qarşı üç maddə üzrə cinayət işi açılıb.

Bildirilib ki, 24 avqustda Baş prokuror Ermənistan Respublikasının ikinci Prezidenti Robert Köçəryana qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, xüsusilə külli miqdarda rüşvət alma və çirkli pulların yuyulması maddələri ilə bağlı ictimai cinayət təqibi başladıb.

Eyni zamanda, daha doqquz nəfərə qarşı, o cümlədən Köçəryanın oğlu Sedrak, keçmiş müdafiə naziri S.S. (2000-2007-ci illərdə bu vəzifəni Ermənistanın üçüncü prezidenti Serj Sərkisyan tutub), keçmiş baş nazir A.M. (Andranik Marqaryan 2000-2007-ci illərdə Ermənistanın baş naziri olub), İrəvanın sabiq meri Q.B. (Qagik Beqlaryan) və digərlərinə cinayət işi açılıb.

Qeyd olunub ki, Köçəryan 1998-2008-ci illərdə Ermənistan Respublikasının Prezidenti vəzifəsində çalışdığı dövrdə xidməti mövqeyindən istifadə edərək dövlət əmlakını uydurma əsaslarla mənimsəyib və bazar qiymətlərindən xeyli aşağı qiymətlərlə bir sıra obyektlər əldə edib. Söhbət torpaq sahələri və daşınmaz əmlak obyektlərindən gedir.

Köçəryanın ailəsinə məxsus daşınmaz əmlaklara həbs qoyulub. Evində axtarış başa çatıb.

***

Ermənistanın keçmiş prezidenti Serj Sərkisyan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə gedib.

Tarix
2026.08.25 / 14:26
Müəllif
Axar.az
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla