Yuxarı

Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müğənni bu marşrut avtobusundan şikayətləndi - Video

Müğənni Anara Məmmədova Ramana - Sovxoz - "Koroğlu" metro stansiyası istiqamətində hərəkət edən 162 nömrəli marşrut avtobuslarında kondisionerlərin işləmədiyini iddia edərək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, sənətçi bununla bağlı sosial şəbəkə hesabında video paylaşaraq narazılığını ifadə edib.

Anara Məmmədovanın sözlərinə görə, avtobuslar yenilənsə də, artıq iki-üç həftədir ki, xəttə buraxılan nəqliyyat vasitələrinin kondisionerləri işləmir:

"Sizin "141" qaynar xəttinizə zəng etməkdən, şikayət bildirməkdən yorulmuşam. 162 nömrəli marşrut avtobuslarında kondisionerlər işləmir. İsti hava şəraitində avtobus salonunda nəfəs almaq çətinləşir və sürücülər də eyni problemlə üzləşirlər. Avtobusun içində nəfəs almaq olmur. Sürücülər də deyirlər ki, "Biz nə edək? Bizə icazə vermirlər, kondisionerlər işləmir".

Anara Məmmədova daha bir iddia səsləndirərək bildirib ki, bəzi hallarda sürücülər istiyə görə avtobusun qapılarını açıq vəziyyətdə idarə etməyə məcbur qalırlar.

Paylaşılan videoda avtobus hərəkətdə olarkən ön qapının açıq olduğu, salon pəncərələrinin açıldığı görünür.

Müğənni AYNA-ya müraciət edərək problemin aradan qaldırılmasını istəyib:

"Kimə deyək bu şikayətimizi? Artıq zəng etməkdən də, şikayət etməkdən də yorulmuşam".

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib ki, daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi ilə bağlı xəbərdarlıq edilib:

"Hər il yay mövsümü başlamazdan əvvəl müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən daşıyıcılara rəsmi qaydada xəbərdarlıq məktubu göndərilir. Havanın temperaturundan asılı olaraq avtobuslarda sərnişinlərin rahatlığı üçün sərinləndirmə sistemlərinin işlək vəziyyətə gətirilməsi tapşırığı verilir. Bununla bağlı məsələ tərəfimizdən diqqətdə saxlanılır. Kondisionerlə təchiz edilmiş avtobuslarda soyutma sisteminin işlək vəziyyətdə olması müşahidə edilir. Lakin hər hansı avtobusun kondisioner sistemində texniki nasazlıq yarana bilir. Belə olan halda nasazlığın tez bir zamanda aradan qaldırılması ilə bağlı tədbir görülməsi barədə daşıyıcıya xəbərdarlıq edilir".

Tarix
2026.07.16 / 11:22
Müəllif
Axar.az
Digər xəbərlər

Bakıya uçan təyyarə təcili eniş etdi

Jalə Bədirova "Yeni Klinika"da yüksək vəzifəyə təyin olundu

Azərbaycanın xaricdəki qadın səfirləri - Onlar kimdir?

Kobaxidzedən Əliyevin Naxçıvanda verdiyi mesajlara reaksiya

Zelenski azərbaycanlı hərbçiləri təltif etdi

İran prezidenti ilə bağlı şok faktlar: Bunlardan məhrumdur!

Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasında...

İlham Əliyevin Naxçıvan səfəri: Strateji dönüş nöqtəsi...

Azərbaycan ABŞ-ın köməyinə ümid edir - Səfir

Prezidentin Naxçıvanda Heydər Əliyevlə bağlı sözləri - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla