Yuxarı

Repatriasiya edilən 13 nəfərin reabilitasiyasına başlandı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Repatriasiya edilən 13 nəfərin reabilitasiyasına başlandı

Azərbaycan Hökumətinin həyata keçirdiyi repatriasiya tədbirləri çərçivəsində Suriya Ərəb Respublikasından ölkəmizə gətirilən daha 13 vətəndaşımız (6 qadın, 7 uşaq) Sosial Xidmətlər Agentliyinin müvafiq sosial xidmət müəssisəsinə yerləşdirilib.

Axar.az xəbər verir ki, müəssisədə onların ilkin tibbi müayinəsi aparılıb, eyni zamanda sosial və psixoloji vəziyyətlərinin qiymətləndirilməsi məqsədilə zəruri dəstək tədbirləri göstərilib.

Hazırda repatriantların sosial reabilitasiyası istiqamətində işlər davam etdirilir. Reabilitasiya mərhələsi yekunlaşdıqdan sonra vətəndaşlar evlərinə yola salınacaqlar.

Bundan sonrakı mərhələdə Agentliyin sosial işçiləri və psixoloqları onların evlərinə baş çəkərək fərdi vəziyyətlərini qiymətləndirəcək və ehtiyaclarına uyğun sosial dəstək tədbirləri müəyyənləşdirəcəklər.

Qeyd edək ki, son illər ərzində ölkəmizə repatriasiya olunmuş 630-dan çox şəxs Sosial Xidmətlər Agentliyinin sosial reabilitasiya xidmətlərindən yararlanıb. Hazırda isə 85 repatriantla bağlı sosial reabilitasiya tədbirləri davam etdirilir.

Tarix
2026.10.08 / 13:49
Müəllif
Axar.az
Digər xəbərlər

İranın Azərbaycana müdaxiləsinə qarşı - Güneylilərin bəyanatı

Azərbaycanla aramıza kimlər girir? - AA-nın baş direktoru

Əliyev Ankaraya gəlmək istəsə, sizə soracaq? - Cümhur İttifaqı

Zakir Həsənov Gülərə başsağlığı verdi

Azərbaycan bizim qardaşımızdır - Çavuşoğlu

Fələstinin Türkiyəyə minbirinci xəyanəti - Türklər “ayılacaqmı”?

Ərdoğan Zirvəni Dədə Qorqudun sözləri ilə bitirdi - Video

Erməni ombudsmandan "türk" sözü ilə bağlı bəyanat

Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı

Zirvə görüşü: Azərbaycan sədrliyi Türkiyəyə təhvil verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla