Yuxarı

"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Məlhəm" klinikasında kişi həkim səhlənkarlığından ölüb?

Sosial şəbəkədə Bakıda "Məlhəm" klinikasında həkim səhlənkarlığı nəticəsində pasiyentin vəfat etməsi ilə bağlı iddialar yayılıb.

Axar.az xəbər verir ki, məsələ ilə bağlı "Məlhəm" Beynəlxalq Hospitaldan Oxu.az-a verilən açıqlamada bu gün səhər saatlarında 59 yaşlı kişi pasiyentin xəstəxanada vəfat etdiyi bildirilib.

"Xəstə ağır vəziyyətdə idi və uzun müddət idi ki, klinikamızda müalicə alırdı. Tibb bacısı xəstənin yatağını dəyişmək istəyib. Bu zaman xəstənin həyat yoldaşı da otaqda olub. Xəstə qəfil ölüm keçirib. Həkimlərin müdaxiləsi ilə qısa müddətə həyati funksiyaları bərpa edilib və o, reanimasiya şöbəsinə yerləşdirilib. Lakin daha sonra orada vəfat edib".

Klinikadan bildirilib ki, məsələ ilə bağlı ekspertiza aparılacaq:

"Son qərarı müvafiq ekspertiza verəcək. Lakin bir daha vurğulamaq istərdik ki, burada həkim səhlənkarlığından söhbət gedə bilməz. Hadisə ilə bağlı mərhumun yaxınları hüquq-mühafizə orqanlarına müraciət ediblər. Araşdırmalar davam edir".

Tarix
2025.05.29 / 15:32
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

Zelenski bu ərazilərin Rusiyada qalmasına razılaşıb?

Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye

Azərbaycanlı çoban Ermənistana belə keçib - Təfərrüat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla