Yuxarı

Kardioloq bu insanları təhqir etdi: Manqurt kimi deyirlər ki...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kardioloq bu insanları təhqir etdi: Manqurt kimi deyirlər ki...

“Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri beyinlərə elə yeridilib ki, bir çoxu manqurd kimi bu cümləni təkrarlayır.

Axar.az Medicina-a istinadla xəbər verir ki, bu sözləri kardiloq Günay Rəhimova çalışdığı klinikada xəstə ölümü ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən yazıb.

“Gecə çalışdığım xəstəxanaya ağır vəziyyətdə xəstə gətirilib. Səhərə yaxın vəfat edib. Səhər işə gələndə dəhliz insanlarla dolu idi. Ortada oturub xəstəxananı yas yeri ilə dəyişik salan qadınlar, bunu videoya çəkib jurnalistlərə ötürən kişilər, pərişan halda bunları kənardan izləyən digər xəstələr...

Çox ağır vəziyyətdə gələn (bizdə xəstə yeriyə-yeriyə gəlirsə, ona "yüngül vəziyyət" deyirlər - red.) bir xəstə ağırlığı anlaşıldıqdan sonra reanimasiyaya alınır və səhərə yaxın vəfat edir.

O qədər beyinlərə “Azərbaycanda həkim yoxdu, həkim yoxdu” sözləri yeridilib ki, bir çoxu manqurd kimi bu cümləni təkrarlayır. Heç demir ki, misalçün, keçən ay dayım, əmim, atam, xalamqızı və ya əmimoğlu filan yerdə əməliyyat olundu, sağaldı, yaşayır, yaxşıdı, ailəsinin yanındadı.

Heç demir ki, Azərbaycanda bir zamanlar xəyal olan icbari sığorta var; heç demir ki, tədbirlərdə yığışıb icra etdiyimiz çətin əməliyyatları xarici həkimlər necə maraqla izləyir; heç demirlər ki, Azərbaycanda diridən, ölüdən transplantasiya var, neçə-neçə insan bununla sağlamlığa qovuşur, yaxın zamamda ürək transplantasiyasına başlayırıq; heç demir ki, xəstəxanalarda hər gün onlarla insan məhz o sevmədiyiniz həkimlərin səyi ilə həyata qaytarılır.

O videonu çəkən insan - sənin xəstənin, ağır deyildisə, reanimasiyada nə işi var idi? Sənin xəstən üçün gecə evdən gələn həkim qatildir onu öldürə?

Bu nə xəstə məntiqdi? Bu nə cahil düşüncədir?

Nə zamana qədər bizim əməyimiz heç ediləcək? Nə zamana qədər allahsız davranıb hər kəsin həyata yapışıb yaşamağını istəyəcəksiniz?

Nə zamana qədər ki belə edəcəksiniz, o zamana qədər də və get-gedə daha dərinləşən şəkildə ağır xəstələri qəbul etməyəcəyik”.

Tarix
2025.05.31 / 12:55
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla