Yuxarı

Goranboy sakini minaya düşdü: ayağı amputasiya edildi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Goranboy sakini minaya düşdü: ayağı amputasiya edildi

14:20

Goranboy rayonunun Yenikənd kəndi ərazisində 2025-ci il 31 may tarixində mina hadisəsi baş verib.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətlərinin birgə məlumatında bildirilib.

Qeyd olunub ki, Goranboy rayon Qaraçinar kənd sakini 1980-ci il təvəllüdlü Qalib Kamran oğlu Abbasov keçmiş təmas xəttində minalardan təmizlənməmiş Goranboy rayonu Yenikənd kəndi ərazisində mal-qara otararkən minaya düşərək xəsarət almışdır.

Xəsarət alan şəxsin sol ayağı dizdən aşağı amputasiya edilib.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

***

Hazırda pasiyentin müalicəsi xəstəxananın Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir.

Bu barədə TƏBİB-dən məlumat verilib.

Bildirlib ki, bu gün saat 13:30 radələrində minaya düşməsi səbəbi ilə 1980-ci il təvəllüdlü (kişi cinsli) şəxs Goranboy Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

"Ona sol ayaq pəncəsinin travmatik amputasiyası diaqnozu təyin edilib", - məlumətda deyilir.

Tarix
2025.05.31 / 16:05
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla