Yuxarı

Günəş tutulacaq - Qeyri-adi hadisə

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Günəş tutulacaq - Qeyri-adi hadisə

İyunun 21-də insanlar təxminən yarım əsrdir ki, müşahidə olunmayan hadisə ilə tanış olacaqlar.

Axar.az-ın Azərbaycan Milli Elmlər Akademiyasının rəsmi saytına istinadən xəbər verir ki, həmin gün bədrlənmiş Ay və iyun gündönümü baş verəcək. Növbəti oxşar hadisə 2042-ci ildə gözlənilir.

AMEA-nın məlumatına görə, yaxın günlərdə Yerin şimal yarımkürəsində Günəşin maksimal dərəcədə hündürlüyə qalxması, cənub yarımkürəsində isə maksimal dərəcədə aşağı enməsi qeydə alınacaq. Bu hadisədən bir müddət əvvəl bədrlənmiş Ay müşahidə olunacaq.

İyulun sonlarında isə gecə səmasını Delta-Akvarida adlı meteor axınları bəzəyəcək. 11 və 12 avqustda çoxsaylı "düşən ulduz"ları ilə fərqlənən Perseida meteor axını baş verəcək. Bu ecazkar astronomik hadisə zamanı saatda 100 meteor axını müşahidə olunacaq. 27 avqust tarixində teleskopsuz görünə bilinməyən Yupiter və Venera planetlərinin yaxınlaşması baş verəcək.

Payızın ilk günü isə qeyri-adi Günəş tutulması ilə yadda qalacaq. Bu vaxt Ay Günəşin çox hissəsini bağlayaraq, ulduzun yalnız kiçik "alovlu" hissəsini görünməsinə imkan verəcək.

Tarix
2016.06.17 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan Səudiyyə Ərəbistanına başsağlığı verdi

Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər

Ermənistana buğda göndərildi

Putindən sonra kim gələcək? – Real şans...

Sabiq nazirlərlə indiki məmurlar bir arada... - Maraqlı foto

Rusiya döyüşə bu erməniləri göndərir - Video

Bu gün Ermənistana 11 vaqon buğda göndəriləcək

Qaltsyan bu görüntü ilə bakılı olduğuna işarə etdi - Video

Azərbaycanlı nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla