Yuxarı

Pensiyaçıları kredit götürməyə vadar edən onlardır - Ekspert

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son illər kredit götürənlər arasında yaşlı nəslin nümayəndələrinin çox olması diqqət çəkir. Bildirilir ki, əvvəllər yaşlı insanlar kredit götürməyə ehtiyatla yanaşar, bunu təhlükəli hesab edərdilər. Son illər isə pensiya yaşında olan insanların kredit götürməyə daha meyilli olması müşahidə edilir.

Axar.az xəbər verir ki, iqtisadçı Pərviz Heydərov Globalinfo.az-a bildirib ki, yaşlı insanlar kredit götürmək və borca girmək məsələsində indiki nəslə nisbətən daha konservativ idilər:

“Onlar banklara daha az müraciət edir, yalnız zəruri hallarda borc almağa cəhd göstərirdilər. Lakin hazırkı nəsil cəmiyyətin inkişaf səviyyəsi, əvvəlki dövrlə müqayisə, eləcə də tələb və təklifin dəyişməsi baxımından, borc almağa daha meyillidir. Bankların da fiziki şəxsləri borc əsarəti altında saxlamaq imkanları geniş xarakter alıb. Pensiyaçıların kredit götürməsi isə birbaşa onların şəxsi ehtiyacları ilə bağlı deyil. Əksinə, bu halların əksəriyyəti gənclərin atdığı addımların nəticəsidir. Onlar himayələrində olan pensiyaçı valideynlərdən və ya digər yaşlı ailə üzvlərindən istifadə edərək kredit götürürlər. Sonda isə kreditin pensiyaçı tərəfindən alındığı görüntüsü yaranır. Əslində borcu götürən gənclərdir, sadəcə onların adından istifadə edilir”.

İqtisadçı əlavə edib ki, bu sahədə qanunvericilikdə müəyyən boşluqlar mövcuddur:

“Gənclər himayələrində saxladıqları pensiyaçıların güzəşt imkanlarından yararlanaraq banklardan kredit götürürlər. Bu istiqamətdə məhdudiyyətlərin tətbiqi məqsədəuyğun olardı. Hüquqi-normativ baza baxımından müvafiq çərçivələrin yaradılmasına ehtiyac var. Borclanmanın artması, əslində, köhnə nəslin kredit götürməsi anlamına gəlmir. Onların pensiyaçı kimi sahib olduqları güzəştlərdən sui-istifadə halları müşahidə olunur”.

Tarix
2025.06.02 / 09:58
Müəllif
Axar.az
Digər xəbərlər

Forumun Xankəndidə keçirilməsi... – Vəliyev

Türklər Zəngəzuru bu cür ələ keçirəcək: Batum kimi...

Ukraynalı jurnalist Əliyevə görün nə hədiyyə etdi - Video

Azərbaycanın MDB-nin iclasında iştirak etməməsi...

Əbu-Dabidəki görüş konstruktiv oldu - Hacıyev

Əliyevdən İranla bağlı açıqlama: Çox əla...

Bu məqaləni yerləşdirdik, heç kəs ayırd edə bilmədi ki... - Hacıyev

İran Xəzərdə Rusiya ilə təlimlərə başlayır

Şərqi Azərbaycanda güclü zəlzələ baş verdi

Rusiya Qafqazda müharibəyə başlaya bilməz, gücü yoxdur

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla