Yuxarı

Azərbaycan dilçiliyi tarixində ilk

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan dilçiliyi tarixində ilk

Azərbaycan dilçiliyi tarixində ilk dəfə olaraq, Azərbaycan dilçisinin kitabı Avropada çap olunub.

AMEA Dilçilik İnstitutundan Trend-ə verilən məlumata görə, Londondakı "Cambridge İnternatilonal Pres" nəşriyyatında filologiya üzrə elmlər doktoru, Azərbaycan Dillər Universitetinin ümumi dilçilik kafedrasının professoru, Eksperimental fonetika və tətbiqi dilçilik laboratoriyasının müdiri Fəxrəddin Veysəllinin "Phonetics and phonlogy problems" ("Fonetika və fonologiya problemləri") kitabı işıq üzü görüb.

258 səhifəlik kitabın giriş sözünü ingilis mütəxəssis Devid Perri yazıb. Kitabda həmçinin "Müəllifdən" başlıqlı yazı da yer alıb.

Əsərdə dilin yaranması, ilkin qaynaqları, işlənməsi haqqında, eləcə də Azərbaycan dilinin fonetik strukturu və fonologiyası ilə bağlı bilgi verilib. Kitabda dilimizin fonetika və fonologiyasının nəzəri məsələri müzakirə olunur, dilçiliyimizin obyekti və vəzifələri şərh edilir. Eləcə də burada fonetik vahidlər, yazı ilə şifahi nitq arasındakı ilişgilər, fonetikanın başqa elmlərlə əlaqəsi araşdırılır.

Adıçəkilən kitabda danışığın kommunativ özəllikləri də diqət mərkəzinə gətirilir. Azərbaycan dilinin fonetik quruluşunun və fonoloji sisteminin eksperimental yolla araşdırılması da nəzərdən keçirilir.

Qeyd edək ki, bu, Azərbaycan dilçiliyi tarixində ilk kitabdır ki, Avropada çap olunur. Kitabı ingiliscəyə ADU-nun dosenti Vahid Əkbərov tərcümə edib. Kitabın xaricdə birinci nəşri 2008-ci ildə Türkiyədə işıq üzü görüb. Sözügedən kitabın payızda Bakıda nəşriyyat tərəfindən təqdimatı keçiriləcək.

Tarix
2016.06.18 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

Prezident Corc Ceykob Kuvakadı qəbul etdi

Bakı 16 ildən sonra yenidən bu tədbirə ev sahibliyi edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla