Yuxarı

Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Naxçıvan, Ağcabədi, Ağdam, Zərdab, Bərdə, Tərtər, Füzuli, Beyləqan, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, Abşeron, Sumqayıt şəhərlərində yerləşən orta ümumtəhsil müəssisələrinin, eləcə də Heydər Əliyev adına Hərbi lisey və C. Naxçıvanski adına Hərbi Liseyin buraxılış siniflərində təhsil alan (IX və XI siniflərdə ) şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

Axar.az-ın xəbərinə görə, ümumilikdə 47260 şagirdin imtahan verəcəyi nəzərdə tutulur (IX sinif üzrə 26072, XI sinif üzrə 21188).

IX sinif şagirdləri üçün imtahan saat 10:00-da, XI sinif şagirdləri üçün isə saat 15:00-da başlanır.

IX sinif şagirdlərinin buraxılış imtahanlarının keçirilməsi üçün qeyd olunan şəhər və rayonlarda ümumilikdə 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 26072 (Naxçıvanda 1038, Kəngərlidə 223, Babəkdə 633, Ordubadda 439, Sədərəkdə 99, Culfada 404, Şərurda 792, Şahbuzda 158, Ağcabədidə 1813, Ağdamda 672, Zərdabda 601, Bərdədə 2110, Tərtərdə 728, Füzulidə 764, Beyləqanda 1174, Göyçayda 1335, Ucarda 937, Kürdəmirdə 1216, Ağdaşda 1205, Yevlaxda 1317, Ağsuda 743, Abşeronda 3354, Sumqayıtda 4176, Yasamalda 141 ) nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

XI siniflərdə təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi üçün 66 imtahan mərkəzi ayrılıb. Həmin gün 21188 (Naxçıvanda 922, Kəngərlidə 203, Babəkdə 583, Ordubadda 330, Sədərəkdə 72, Culfada 398, Şərurda 674, Şahbuzda 166, Ağcabədidə 1615, Ağdamda 445, Zərdabda 468, Bərdədə 1778, Tərtərdə 617, Füzulidə 729, Beyləqanda 942, Göyçayda 1062, Ucarda 681, Kürdəmirdə 985, Ağdaşda 908, Yevlaxda 1156, Ağsuda 528, Abşeronda 2375, Sumqayıtda 3268, Yasamalda 283) nəfər 11-ci sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.

İmtahanların idarə olunmasına ümumilikdə 180 imtahan rəhbəri, 2273 nəzarətçi-müəllim ayrılıb.

Tarix
2016.06.21 / 08:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla