Yuxarı

BQXK Azərbaycanda fəaliyyətini dayandırır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası (Dövlət Komissiyası) Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində əsir və girov götürülmüş vətəndaşların azad edilməsi, itkin düşmüş şəxslərin axtarışı sahəsində Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyi ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərib.

Axar.az xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının məlumatında bildirilib.

Qeyd olunub ki, münaqişənin əvvəlindən etibarən əsir-girov götürülmüş vətəndaşların və itkin şəxslərin ailə üzvləri hər iki qurum tərəfindən qəbul edilib, onların müraciətləri və qaldırdığı məsələlərə baxılıb, zəruri tədbirlər görülüb, siyahıların dəqiqləşdirilməsi və informasiya mübadiləsi aparılıb, ailələrə, o cümlədən əsir-girovluqdan azad edilmiş şəxslərə sosial və psixoloji dəstək göstərilib.

"BQXK-nın Azərbaycandakı Nümayəndəliyinin ölkəmizdə fəaliyyətini yaxın vaxtlarda dayandırması ilə bağlı itkin düşmüş vətəndaşların ailələrinin diqqətinə çatdırırıq ki, itkin düşmüş vətəndaşlarımızın taleyinin müəyyən edilməsi üçün Dövlət Komissiyası və aidiyyəti dövlət qurumları tərəfindən təxirəsalınmaz zəruri tədbirlər görülür, o cümlədən işğaldan azad edilmiş ərazilərdə axtarış, qazıntı və ekshumasiya işləri, aşkarlanmış meyit qalıqlarının eyniləşdirilməsi və şəxsiyyəti müəyyən edilmiş itkin-şəhidlərin nəşlərinin ailələrinə təhvil verilməsi işi bundan sonra da intensiv aparılacaq.

Bildiririk ki, Dövlət Komissiyasının İşçi qrupu tərəfindən hər zaman olduğu kimi, vətəndaşların müraciətlərinə baxılır, onlarla gündəlik təmaslar və İşçi qrupunda qəbullar davam etdirilir.

İtkin düşmüş yaxınları ilə bağlı məlumatların alınması, həmçinin onlara dair müvafiq materialların, ərizə və müraciətlərin təqdim edilməsi üçün vətəndaşlar [email protected] elektron poçt ünvanı, 010-232-33-77 mobil telefon nömrəsi və 81-61 qaynar xəttindən istifadə etməklə İşçi qrupu ilə əlaqə saxlaya bilərlər.

Dövlət Komissiyasının İşçi qrupu Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı küçəsi, 1 ünvanında yerləşir", - məlumatda deyilir.

Tarix
2025.06.17 / 19:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

İrandan şok: Nüvə silahı ilə hədələdi... – Video

Bayramov britaniyalı həmkarı ilə müzakirə apardı

İsrail İranı vurur, Türkiyə Bakını müzakirə edir - Nəyi izah edək?

Təbrizi vuran PUA-ların Naxçıvandan “qalxması”… - Sübhani

Azərbaycan - NATO əlaqələri müzakirə olundu

60-dan çox vətəndaşımız sərhədi keçdi - XİN

İrandan növbəti antiazərbaycan isterikası...

Zəngəzur dəhlizini unudun... - Simonyan

Peskov Azərbaycana təşəkkür etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla