Yuxarı

10 nəfərin öldüyü sexlə bağlı yeni fakt

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bakı Ağac Emalı" Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevin cinayət işləri üzrə məhkəmə prosesi keçirilib.

Axar.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən məhkəmə iclasında zərərçəkənlər ifadə verib.

Zərərçəkən Mehriyar Həqqi ifadəsində qeyd edib ki, partlayış baş verən zaman sexə alət götürməyə gedib:

"Qəfil partlayış baş verdi, sifətimdən müxtəlif xəsarətlər aldım. Mənə dəyən ziyan ödənilib, təqsirləndirilən şəxslərdən şikayətçi deyiləm".

Digər zərərçəkən Rahib Babayev partlayış vaxtı qardaşının çalışdığı sexə ona kömək etməyə getdiyini bildirib:

"Partlayış zamanı avtomobilim ciddi zərər görüb. Qiymətləndirmə aparılarkən zərərin 6500 manat olduğu müəyyən edilib. Bu günədək zərər ödənilməyib"

Təqsirləndirilən Tağı İbrahimov dəyən zərərdən məlumatlı olduğunu və yaxın günlərdə həmin məbləğin zərərçəkənə ödəniləcəyini deyib.

Prosesdə zərərçəkənlər dindirilən zaman müəyyən olunub ki, orada çalışanların əksəriyyətinin fəaliyyəti qeyri-rəsmi olub.

İcarə müqaviləsindən başqa fəaliyyətlə bağlı hər hansı sənədləşmə mövcud olmadığından dəymiş zərərlərin müəyyənləşməsində problem yaranıb.

Bu səbəbdən də zərərçəkənlər dəymiş zərərləri şəxsi hesablamaları ilə müəyyənləşdirərək təqdim etdiklərindən tərəflər arasında məbləğ məsələsinə görə müəyyən narazılıqlar yaranıb.

Daha sonra Tağı İbrahimovun səhhətində problem olduğu üçün vəkil həkim rəylərini məhkəməyə təqdim edib.

Bununla yanaşı, təqsirləndirilənin ailə üzvləri də onun səhəti ilə bağlı məhkəməyə ərizə göndəriblər.

Təqdim olunan sənədlər iclas protokoluna əlavə olunub.

Məhkəmənin növbəti iclası iyulun 2-nə təyin edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin yanvarın 15-də Bakının Binəqədi rayonunda baş verib.

İstintaq materiallarında ASC-nin sahibi Tağı İbrahimov və inzibati-təsərrüfat idarəçiliyini həyata keçirən Toğrul Rzayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulduğu halda bu qaydaları ehtiyatsızlıqdan pozaraq 10 nəfərin ölümünə, 23 nəfərin isə xəsarət almasına səbəb olduqları bildirilib.

İttihama görə, onlar ASC-nin ərazisində olan əmlaklara və təbiətə maddi ziyan vurub, eləcə də Tağı İbrahimov külli miqdarda vergiləri ödəməkdən yayınıb.

Tağı İbrahimov Cinayət Məcəlləsinin 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma) və 225.3-cü (üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs tərəfindən bu qaydaların pozulması ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri ilə Toğrul Rzayevə isə həmin Məcəllənin 225.3-cü maddəsi ilə təqsirli bilinir.

Tarix
2025.06.18 / 18:23
Müəllif
Axar.az
Digər xəbərlər

Gülər Azərbaycan Kəşfiyyat Xidmətinin rəisi ilə görüşdü

Dövlət qulluqçularının reyestri qaydası ilə bağlı dəyişiklik

Bakının axtardığı milyarderi Ermənistan saxladı

Azərbaycanda "ərazi müdafiəsi" anlayışına yenidən baxılır?

Solovyov növbəti dəfə hörmətsizlik etdi - Bakıdan cavab

Bayramovla Lavrov danışdı: İsrail-İran qarşıdurması...

İlham Əliyev sabah Türkiyəyə gedəcək

İlham Əliyev konfrans iştirakçılarına müraciət ünvanladı

İran 4 ölkə ilə “Böyük islam ordusu” yaradır?

Guya Bakı və Təl-Əviv razılaşıb: bu feykin məqsədi...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla