Yuxarı

Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin sülh sənədini qəbul edəcək: bəs, sülhü?

Rusiya sənədi qəbul etsə belə, sonradan bir sıra bəndləri köklü şəkildə dəyişəcək və ya öz maraqlarına uyğun olaraq çıxaracaq. Böyük ehtimalla sənəd o qədər dəyişdiriləcək ki, əvvəlki versiya ilə oxşarlığı minimuma enəcək. Rusiya bu müzakirələr zamanı da açıq şəkildə göstərdi ki, Alyaska görüşünün ruhunu əsas götürür və həmin razılaşmaların yeni sənəddə əks olunmasını istəyir.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Ukrayna Prezidenti Vladimir Zelenskinin elan etdiyi sülh planına Moskvanın mümkün cavabı haqda deyib.

Politoloqun fikrincə, Ukraynanın təhlükəsizlik zəmanətləri və gələcək inkişaf yolu ilə bağlı tələbləri Rusiyanın qətiyyən qəbul etməyəcəyi əsas məqamlardır:

“Münaqişənin başlanmasının əsas səbəblərindən biri NATO-nun Şərqə doğru genişlənməsi və Ukraynanın alyansa üzvlüyü məsələsi olub. Əgər Rusiya Ukraynanın NATO üzvü olmaması üçün müharibəyə başlayıbsa, indi NATO-nun 5-ci maddəsinə uyğun təhlükəsizlik zəmanəti verən bir sazişi necə qəbul edə bilər? Aydındır ki, bunu qəbul etməyəcək.

Zaporojye AES-lə bağlı ABŞ üçtərəfli nəzarət mexanizmi təklif etmişdi. Ukrayna isə ABŞ-la stansiyanın idarəçiliyinin 50/50 nisbətində bölünməsi variantını irəli sürüb. Bu yanaşmada müəyyən ortaq məqamlar mövcuddur. Belə ki, faktiki olaraq ABŞ həmin elektrik enerjisindən birbaşa istifadə etməyəcək və ona düşən 50 faizlik payın Rusiyaya ötürülməsi ehtimalı da istisna olunmur”.

Turab Rzayev hesab edir ki, Rusiya Ukraynanın Qərb blokuna inteqrasiyasına və NATO-ya yaxınlaşmasına heç bir halda razılıq verməyəcək. Donbas məsələsində də Moskvanın mövqeyi dəyişməz olaraq qalır:

“Ukrayna Donbası tam şəkildə Rusiyaya vermək istəmir, amma Rusiya Donetsk və Luqansk üzərində tam nəzarətdə israrlıdır.

Yalnız təhlükəsizlik və ərazi məsələlərində razılıq əldə olunacağı təqdirdə sülh sazişinin imzalanması mümkündür. Lakin buna qədər Rusiya sənədi öz maraqlarına uyğun şəkildə yenidən formalaşdıracaq və mövcud plan ilkin variantdan xeyli fərqlənəcək”.

Tarix
2025.12.27 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Azərbaycan-İsrail ticarət dövriyyəsi 360 milyon dolları ötdü

Azərbaycan və İsrail XİN rəhbərləri görüşdü

Ceyhun Bayramov İsrailə səfərə dəvət edildi

Azərbaycanla İsrail memorandum imzaladı

Bayramovdan Qəzza ilə bağlı açıqlama

İsrail XİN rəhbərindən Bakıda İran açıqlaması

Tehranın etnik tərkibi: nə qədər azərbaycanlı var?

Prezident Avstraliyanın general-qubernatorunu təbrik etdi

Azərbaycanla ABŞ arasında əlaqələr dinamik inkişaf edir

İrana hücum variantı: Ankara 3 plan hazırladı – Bəs, Bakı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla