Yuxarı

HƏMAS-ı Avropadan maliyyələşdirən imam tutuldu

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
HƏMAS-ı Avropadan maliyyələşdirən imam tutuldu

Fələstinlilərə yardım adı altında HƏMAS-ı maliyyələşdirən təşkilatların təsisçisi İtaliyada saxlanılıb.

Axar.az xəbər verir ki, bu barədə “Corriere della Sera” nəşri məlumat yayıb.

Məlumata görə, saxlanılan şəxs Fələstin Xalqı ilə Həmrəylik Xeyriyyə Assosiasiyası (onun Genuya və Milan filialları) və Milandakı "Qızıl Günbəz" birliyinin rəhbəri Məhəmməd Annun adlı imamdır.

İstintaq onun HƏMAS-ın xarici qanadının üzvü və terror təşkilatının İtaliya bölməsinin rəhbəri olduğunu bildirib.

Annun Fələstin əhalisinə humanitar yardım adı altında toplanan vəsaitin əhəmiyyətli bir hissəsini (71%-dən çox) birbaşa HƏMAS-ı maliyyələşdirmək üçün istifadə etməkdə ittiham olunur.

Onun 2001-2023-cü illərdə öz fondlarından HƏMAS-a birbaşa və ya dolayı yolla ümumilikdə 7.3 milyon avro göndərdiyi qeyd olunur.

Məhəmməd Annunla birgə 9 nəfər ittiham olunur. Onlardan 7-si hazırda saxlanılıb.

Tarix
2025.12.28 / 12:44
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla