Yuxarı

Qadın sərnişinlərə qeyri-etik hərəkət edən sürücülər...

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qadın sərnişinlərə qeyri-etik hərəkət edən sürücülər...

Bakıda fəaliyyət göstərən bəzi taksi sürücülərinin qadın sərnişinlərlə etik normalara zidd davranışları, xidmətə aid olmayan mövzularda söhbət aparmaları və yersiz təkliflər etmələri barədə polisə müraciətlər daxil olub.

Axar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu kimi halların qarşısının alınması məqsədilə paytaxtda profilaktik və nəzarət tədbirləri davam etdirilir. Belə ki, polis əməkdaşları tərəfindən Yasamal və Xəzər rayonlarında iki taksi sürücüsünün hərəkətləri ilə bağlı araşdırma aparılmaqla “Toyota” markalı 90 YL 396, “Mersedes” markalı 77 UV 650 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinin sürücüləri müəyyən olunaraq məsuliyyətə cəlb ediliblər.

"Diqqətə çatdırırıq ki, daxil olan hər bir müraciət üzrə müvafiq araşdırmalar aparılır, hüquq pozuntusuna yol verən sürücülər barəsində tədbirlər görülür. İctimai nəqliyyat və taksi sürücüləri sərnişinlərə qarşı mədəni davranmalı, peşə etikası qaydalarına əməl etməlidir. Tövsiyə olunur ki, vətəndaşlar belə hallarla qarşılaşdıqda dərhal ərazi polis orqanlarına və ya “102” Zəng Mərkəzinə məlumat versinlər", - məlumatda vurğulanıb.

Tarix
2025.06.21 / 13:52
Müəllif
Axar.az
Digər xəbərlər

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

Hakan Fidan Bakıya gəldi - Foto

Prezident və xanımı onlarla görüşdü

Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı öldü

Qətər əmiri də Bakıya gəldi

İlham Əliyev Çinin XİN rəhbəri ilə görüşdü

İlham Əliyev Vicita Heratı qəbul etdi

Təyyarə və helikopterlərin uçuşları həyata keçirildi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla