Yuxarı

Dilqəm Əsgərovdan oğlunun ittihamlarına cavab

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dilqəm Əsgərovdan oğlunun ittihamlarına cavab

Dilqəm Əsgərov oğlu Kürdoğlu Əsgərovun onun haqqında səsləndirdiyi ittihamlara münasibət bildirib.

Axar.az xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında Dilqəm Əsgərov deyib.

O qeyd edib ki, oğlunun müalicəyə ehtiyacı var:

"Qızlarım, digər oğlum ondan imtina edib. Heç kim telefonunu açmır, heç kim evinə qoymur. Ortada qalan bir mənəm. Mən də körpə uşaqların xatirinə çalışıram nəsə kömək edim. Hər pis yola gedir. Özü kimi ətrafı var. Pis vərdişlərə qoşulub. Heç bir ata istəməz oğlu belə olsun".

Dilqəm Əsgərov oğluna böhtan atması və balta ilə öldürmək iddialarına da mübasibət bildirib.

"Mənim yanımda balaca oğlum da olub. Bu adamın ağlı itib. Mən balta götürüb üç balaca nəvəmin üzərinə gedərəm? Mənim fermada tüfəngim var. Gedib polisə məlumat verib ki, tüfənglə gəlib üstümə. Orada da kamera var. Baxıblar heç nə yoxdur. Mən niyə getməliyəm onun üzərinə balta ilə? Balaca oğluma yaxınlıqdakı kəhrizdən su çəkirik. Yaxınlıqda olur. Oradan telefonla çəkib nə gəlir danışır. Bu adamın həkimə ehtiyacı var. Mən Şuşa türməsində olanda köməklik üçün pul vermişdilər. Oğlum puldan da müəyyən məbləğ oğurlayıb. İndi də deyir, evi satıram, maşını satıram və s. Kürdoğlunun adına heç nə yoxdur. Onu narahat edən əsas məsələlər əmlakdır", - deyə D.Əsgərov əlavə edib.

Tarix
2025.06.21 / 22:29
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü qırmızı rəngə boyandı

Konqres 907-ci düzəlişlə bağlı məlumatlandırıldı

Azərbaycan İndoneziyaya başsağlığı verdi

Emin Ağalarov "Sea Breeze"dəki hadisədən yazdı

Xankəndi ilə Rumıniyanın Baia Mare şəhəri qardaşlaşır

ABŞ Dövlət Departamentindən Azərbaycanla bağlı açıqlama

Azərbaycanda benzin və dizel bahalaşır?

Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran

Əliyevin bu təklifləri müsbət qiymətləndirilib - Tumasyan

Sabah Ermənistana Azərbaycan vasitəsilə buğda göndəriləck

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla