Yuxarı

Çimərlikdə faciə: 4 nəfər batdı, 1 ölü

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gün ərzində dörd nəfər batma təhlükəsi ilə üzləşib. Onlardan birinin həyatını xilas etmək mümkün olmayıb.

Fövqəladə Hallar Nazirliyindən Axar.az-a verilən məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Mingəçevir şəhərində, Mingəçevir su anbarında (məntəqənin ərazisində) 2 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.

Əməliyyat saat 18:35-də başa çatıb.

Daha bir batmaq təhlükəsi isə Bakı şəhəri, Suraxanı rayonunda baş verib. Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasedicisi dənizdə 1 nəfərin çimərkən batmaq təhlükəsi ilə üzləşən vətəndaşı sudan çıxarıb və aidiyyati üzrə təhvil verib.

Əməliyyat saat 19:05-də başa çatıb.

Digər bir hadisə isə Sumqayıt şəhərində dənizdən ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 2500 metr aralı, nəzarətsiz ərazidə baş verib.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri 1989-ci il təvəllüdlü, Novruzov Azər Rövşən oğlunun cəsədi batdığı yerdən 40 metr aralıda tapılıb çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 20:05-də başa çatıb.

Tarix
2016.06.26 / 22:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

SSRİ xəritələrinə baxın: o ərazilər Azərbaycanındır!

Dəhliz savaşı qızışır: İran Dehliyə imkan vermir…

Prezident İqor Babuşkini qəbul etdi

Bayramovla Mirzoyanın görüş tarixi dəqiqləşdi

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

Bu ərazilər Ordumuzun nəzarətinə keçdi

Delimitasiya Kirantsa çatdı: kənd bölünür – Foto

Azərbaycanda doğulan erməni nazir axtarışa verdi

Baydenin çıxışı aləmi bir-birinə qatdı

Kiyev yaxın günlərdə Rusiyaya zərbə endirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla