Yuxarı

“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vuruldu

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Öyrən, xilas et!” layihəsi çərçivəsində təlimlərə yekun vuruldu

Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Öyrən, xilas et!” layihəsi çərçivəsində keçirilən təlimlərə yekun vurulub.

Layihənin reallaşdırılmasında məqsəd könüllülərə fövqəladə hallarda əhaliyə ilkin psixoloji yardımın göstərilməsi və müxtəlif xarakterli fövqəladə hadisələr zamanı davranış qaydalarının aşılanması olub.

Layihə çərçivəsində təlimlər Fövqəladə Hallar Nazirliyinin Gəncə və Cənub Regional mərkəzlərində baş tutub.

“Regional İnkişaf” İctimai Birliyinin könüllülərinə Fövqəladə Hallar Nazirliyinin mütxəssisləri tərəfindən fövqəladə hallar və həyat fəaliyyətinin təhlükəsizliyi, müxtəlif ekstremal situasiyalarda davranış qaydaları, o cümlədən ilk yardım və ilkin psixoloji yardım göstərilməsi, yanğından mühafizə, mülki müdafiə və s. mövzularda həm nəzəri, həm də praktik təlimlər keçirilib. Həmçinin, təlimlər çərçivəsində könüllülərə fövqəladə hallar zamanı istifadə olunan müxtəlif texniki avadanlıq və alətlər təqdim olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları aşılanıb.

Qeyd edək ki, növbəti mərhələdə təlimlərə cəlb edilmiş könüllülər əldə etdikləri bilikləri əhali arasında yaymaqla dövlət qurumları tərəfindən aparılan maarifləndirmə işlərinə dəstək göstərəcəklər.

Tarix
2025.07.11 / 14:24
Müəllif
Axar.az
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla