Yuxarı

Suda boğularaq ölən üç nəfər sahədə işləməyə gedirmiş - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyan rayonunun Parça Xələc kəndində üç nəfərin ölümü ilə nəticələnən qəzanın təfərrüatı məlum olub.

Axar.az Baku TV-yə istinadla xəbər verir ki, Seydan kəndindən Gəncəli kəndi istiqamətində hərəkətdə olan QAZ-31 markalı minik avtomobili yol kənarındakı su kollektoruna aşıb.

Nəticədə avtomobildə olan Gəncəli kənd sakinləri, 54 yaşlı Sərraf Qafarov, 36 yaşlı Camal Dəmirov və 38 yaşlı Ramiq Həsənov hadisə yerində həyatını itiriblər.

Həlak olan şəxslərin qohumu Mehman Məlikov bildirib ki, onların hər üçü ailəli olub: "Xəbəri eşidəndə şoka düşdüm. Dedilər ki, maşın kanala aşıb. Ölənlərdən biri bacım oğludur".

Məlumata görə, dünyasını dəyişən şəxslər qohum olublar. Onlar günorta saatlarında birlikdə yemək yedikdən sonra sahəyə işləməyə gediblər.

Hadisəni təsadüfən görən yaxın qohumlardan biri dərhal kömək məqsədilə su kanalına atılıb. Lakin avtomobilin içinə sürətlə dolan su səbəbindən heç birini xilas etmək mümkün olmayıb.

"Hadisənin baş verdiyini görüb köməyə getdik. Suya girdik ki, onları çıxaraq, amma bacarmadıq. Sürücü yerində yox idi. Ölənlərdən biri əmim oğludur", - hadisə şahidi İbrahim Dəmirov deyib.

Tarix
2025.07.14 / 11:42
Müəllif
Axar.az
Digər xəbərlər

Simonyanın “silahı” özünə qarşı çevrildi: Villanı döydülər - Video

Əliyevlə Paşinyan nədə razılaşdı? - İrəvan söz verdi

Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video

Heydər Əliyevin gördüyü işlərin miqyası, mahiyyəti və...

TRT-nin Azərbaycan səhvi: Ərdoğan cəzalandırdı? - Video

Qrehem: Kiyevə silah tədarükü rekord həddə çata bilər

Şaranın Bakıdan ayrılan kimi Əliyevə yazdığı məktubda bu sözü...

Əbu-Dabi görüşündən kadrarxası görüntülər - Video

Azərbaycan NATO-ya üzv olur, Türkiyə bazaları gəlir...

Azərbaycanlı polis rəisi Rusiyada saxlanıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla