Yuxarı

Oğul 85 yaşlı anasını pensiya kartına görə döyüb öldürübmüş

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Oğul 85 yaşlı anasını pensiya kartına görə döyüb öldürübmüş

Sabirabad rayonunda 85 yaşlı qadının döyülərək qətlə yetirilməsinin təfərrüatı məlum olub.

Axar.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə pul üstündə olub. Belə ki, Mürsəlli kənd sakini, 1972-ci il təvəllüdlü Ağamirzə Zeynalov içki düşkünü olub. O, anasının pensiya kartını özündə saxlayıb, həmin pensiyanın pulu ilə mütəmadi spirtli içki alıb, içirmiş. A.Zeynalov nadir hallarda fəhlə işləyib, pul qazanırmış.

A.Zeynalovun anası, 1940-cı il təvəllüdlü Balabikə Zeynalova iyulun 13-də səhər saatlarında oğlunun cibindən özünə məxsus pensiya kartını götürüb gizləyib. Günorta saatlarında yuxudan oyanan A.Zeynalov yenə spirtli içki almaq üçün yaxınlıqdakı mağazaya gedib və içkinin pulunu vermək istəyəndə pensiya kartının üstündə olmadığını görüb. İçkini nisyə alan A.Zeynalov evə qayıdaraq anasından pensiya kartını soruşub. B.Zeynalova kartın özünə məxsus olduğunu bildirib və bir də ona pensiyasını verməyəcəyini deyib.

Bundan sonra əsəbiləşən A.Zeynalov nisyə aldığı içkini qəbul edib, anasını döyməyə başlayıb. Qadının bədəninin müxtəlif hissələrinə yumruq və təpik zərbələri endirən A.Zeynalov B.Zeynalovanın başını bir neçə dəfə evin pilləkənlərinə vurub. Nəticədə qadın ağır kəllə-beyin travmaları ilə komatoz vəziyyətə düşüb.

Qonşuların köməyi ilə qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Tarix
2025.07.14 / 14:06
Müəllif
Axar.az
Digər xəbərlər

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

Vyetnama səfərimin nəticələrindən çox məmnunam - Video

Birinci xanımların Hanoydakı İrs Evində görüşü oldu - Foto

Vətən müharibəsi dövründə Vyetnamın dəstəyi... - Prezident

Vyetnam bizim üçün dost ölkə və strateji tərəfdaşdır!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla