Yuxarı

Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nevzorov: Azərbaycana qarşı ruslar vuruşurdu - Video

Rusiyanın məşhur jurnalistlərindən biri Aleksandr Nevzorovun Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucov haqqında bir neçə il öncə etdiyi məşhur çıxış yenidən sosial şəbəkələrdə gündəm olub. Çıxışda Nevzorovun Orucovun qəhrəmanlığı barədə danışması ilə yanaşı, Birinci Qarabağ müharibəsində Ermənistan tərəfindən Azərbaycana qarşı rusların vuruşmasını bu qədər açıq şəkildə deməsi xüsusilə diqqət çəkib.

Axar.az sözügedən videonu təqdim edir:

“Həyatımda gördüyüm ən cəsur insan azərbaycanlı idi. Onun adı Vəzir idi. Çirkli gödəkçəli, balacaboy, heç nə ilə fərqlənməyən, adi, ağsaç bir insan idi. Goranboy batalyonu uduzub, dağılanda başlayan panikanı, Sərsəng su anbarı ətrafındakı əsas qüvvələrin necə avtobusa doluşub getməyə çalışdıqlarını öz gözlərimlə gördüm. Orda cəbhədən geri aparan avtobusa oturub getmək üçün bir-birilə dalaşırdılar. Həmin anda bir nəfərin UAZ maşınına oturub, hamının tərk etdiyi yerə sürdüyünü gördüm. Dəhşətli cəhənnəmin, təxminən 500 ölü əsgərin olduğu, ermənilərin hücuma keçdiyi, hər yerin titrədiyi o yerə doğru gedirdi. Ona dedim ki: “Dəlisən?” Cavab verdi: “Orada yaralılar var”. Təbii ki, biz o tərəfə birlikdə getdik. Biz ora çatanda düşmənin azərbaycanlıları bu qədər tez necə məğlub edə bildiyi mənə aydın oldu. Orada heç bir erməni yox idi. Ermənilər tərəfindən pulla tutulmuş Pskov əsgərləri azərbaycanlılara qarşı döyüşürdülər. Buna görə də azərbaycanlıların oradan bu cür çıxarılması mümkün oldu. Həmin adamın - Vəzirin maşını vuruldu, bizi gülləməyə hazırlaşırdılar, elə orada Pskov əsgərləri məni tanıdı. Dedilər ki: “Yaxşısı budur bizim tərəfə keç. Bu azərbaycanlı ilə nə edək?” Dedim ki: “Necə yəni, buraxın getsin!” Mənimlə razılaşdılar və digərlərini xəbərdar etdilər ki, indi azərbaycanlı qaçacaq, ona güllə atmayın. Amma Vəzir öncə vurulmuş maşınında eşələndi, silahını tapıb çıxardı, mənə tərəf çevrilib əlimi sıxdı və getdi. Qaçmadı, getdi. O, elə gedirdi ki, heç Şekspirin qəhrəmanları o cür gedə bilməzdi! Öz gedişilə göstərirdi ki, baxın, bu hədəfdir, amma qaçmayacam. Güllə səslərini eşidəndə də qaçmadı, tələsmədi, addımlarını sürətləndirmədi. Əsgərlər havaya atəş açırdılar...”

Tarix
2025.07.14 / 12:57
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

İlham Əliyev Szinpinə başsağlığı verdi

Paşinyan qorxur: Bakı ilə sülhə qədər KTMT-dən çıxsa...

Prezident Coze Ramuş-Hortanı təbrik etdi

Prezident albaniyalı həmkarına məktub göndərdi

Erməni qızı: Biz əslində türkük, dilimiz də... - Video

Azərbaycan Albaniyanı təbrik etdi

Hikmət Hacıyev AB rəsmiləri ilə görüşdü

Bayramov Tayani ilə görüşdü

Ukrayna üzrə heç bir sülh müqaviləsi layihəsi olmayıb

Azərbaycan XİN Çinə başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla