Yuxarı

SOCAR-da “Ağıllı eynək”: qapalı yerə bir nəfər girəndə... - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
SOCAR-da “Ağıllı eynək”: qapalı yerə bir nəfər girəndə... - Foto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Karbamid Zavodunda tətbiq olunan “Ağıllı eynək” uzaqdan texniki nəzarət və operativ əlaqə imkanlarını xeyli asanlaşdırır.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə zavoda təşkil olunan mediatur zamanı müəssisənin istehsalat şöbəsinin rəisi Şöhrət Mirzəyev deyib.

Onun sözlərinə görə, “Ağıllı eynək” müasir istehsalat sahələrində istifadə olunan ən praktik və funksional alətlərdən biridir:

“Aparatın əsas üstünlüyü məsafədən mütəxəssislərlə canlı əlaqə qurmaq və texniki proseslərə cəld müdaxilə imkanı yaratmaqdır. Məsələn, qapalı bir sahəyə yalnız bir əməkdaş daxil olduqda belə digər mütəxəssislər sanki hadisə yerindəymiş kimi prosesi izləyə, təlimat verə və lazımi dəstəyi göstərə bilirlər”.

Mirzəyev bildirib ki, bu texnologiya uzaqda olan əməkdaşların operativ şəkildə qərar verməsinə imkan yaradır:

“Əgər hər hansı bir mütəxəssis müəssisədən kənardadırsa – məsələn, evdə və ya başqa məkanda – və onun yardımına ehtiyac yaranırsa, o zaman “Ağıllı eynək” vasitəsilə real vaxtda zavoddakı komanda ilə əlaqə saxlayaraq vəziyyəti qiymətləndirə və yönləndirici tapşırıqlar verə bilər. Alətin əsas funksiyası da məhz budur”.

Mediatur zamanı jurnalistlərə müəssisənin mərkəzi idarəetmə otağı da təqdim olunub. Burada proseslərin tamamilə avtomatlaşdırılmış və paylaşdırılmış sistemlər vasitəsilə fasiləsiz izlənildiyi və idarə olunduğu bildirilib.

Tarix
2025.07.21 / 13:09
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

İlham Əliyev Rassel Hardi ilə görüşdü

Naxçıvan dəmir yolu xəttinin bərpasına dəstəyə hazırıq - Kos

Azərbaycan sayəsində daha bir məhsul ucuzlaşdı - Paşinyan

İlham Əliyev Davosda panel iclasda iştirak etdi

Azərbaycan və ABŞ arasında Strateji İşçi Qrupunun iclası oldu

Qəzaya uğrayan AZAL təyyarəsi ilə bağlı Astanadan açıqlama

2025-in ən güclü orduları: Azərbaycanın yeri... - Siyahı

Dəniz Əsədovadan məhkəmədə gözlənilməz açıqlama

İcra başçısı əmr imzaladı: Kütləvi kadr dəyişiklikləri aparıldı

Azərbaycanla enerji sistemləri birləşdiriləcək - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla