Yuxarı

Piyada keçidlərində əlillər nədən nəzərə alınmayıb?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Piyada keçidlərində əlillər nədən nəzərə alınmayıb?

"Monitorinqlərdən sonra gördük ki, təkliflərimiz nəzərə alınmayıb".

Bu sözləri "Axar.az"a paytaxtdakı yeraltı və yerüstü keçidlərdəki durumla bağlı məlumat verən Əlil Təşkilatları İttifaqının sədri Davud Rəhimov bildirdi.

Onun sözlərinə görə, həmin problemlərin həlli ilə bağlı hökumətə dəfələrlə təkliflər verdiklərini, amma monitorinqlər zamanı həmin təkliflərin nəzərə alınmadığını bildirdi:

"Biz hələ keçidlərin tikintisindən öncə təkliflər vermişdik. Amma monitorinqlərdən sonra gördük ki, təkliflərimiz nəzərə alınmayıb. Bu gün demək olar ki, heç bir keçiddə əlillərin istifadəsi üçün şərait yoxdur. Yalnız simvolik nələrsə ediblər, onlar da standartlara uyğun deyil".

Azərbaycan Respublikası Prezidentinin müvafiq qərarlarına əsasən əlilliyi olan şəxslərin fərdi hərəkət imkanlarını nəzərə alaraq, onların hərəkətlərini yüngülləşdirmək məqsədilə Bakı şəhərinin küçə və prospektlərində 75 ədəd piyada keçidlərinin inşa olunması nəzərdə tutulub və hazırda onlardan 54-ünün inşası başa çatdırılaraq sakinlərin istifadəsinə verilib. Kifayət qədər estetik görünüşə malik olan bu tikililərdən heç də hamı istifadə edə bilmir, əlilliyi olan şəxslərin istifadə etməsi isə qeyri-mümkündür.

Tarix
2014.02.25 / 16:17
Müəllif
Tural İbadov
Digər xəbərlər

Türkiyə də Azərbaycanı təbrik etdi

Rusiya sülhməramlıları Qarabağdan buna görə çıxardı

Bu qardaş ölkə də Azərbaycanı təbrik etdi

Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat... - Deputat

İsrail Azərbaycanı təbrik etdi

Ceyhun Bayramov ABŞ-a yollandı

XİN-dən Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat

Biz qürurlu millətə çevrildik - xoşbəxt xalqıq!

Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür

“Əsrin müqaviləsi”nin imzalanmasından 32 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla